SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda məişət tullantılarının düzgün dəfn olunmamasına etiraz edənlər saxlanılıb – VİDEO

2021.10.20, 07:36
Qərbi Azərbaycanda məişət tullantılarının düzgün dəfn olunmamasına etiraz edənlər saxlanılıb – VİDEO

Gunaz.tv

GünAz TV: Aprelin 6-da Qərbi Azərbaycan Əyalətində ətraf mühit müdafiəçilərindən 7-i təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Arif Zad İskəndər, Əli Cəmşidzadə, Məhəmməd Baqir Abidi, Musa Hüseynqulipur, Əmir Əfşari və Məhəmməd İbrahimi bir gün saxlandıqdan sonra çərşənbə axşamı günü mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Saxlanılan soydaşlarımız Qərbi Azərbaycanın Baruq şəhəri və Qoşaçay məntəqəsində yerləşən “Şorca Ağkənd” kəndinin sakinləri olub.

 

Əli Cəmşidzadə Baruq Şəhər Şurasının üzvü və Arif Zad İskəndər Baruqun bələdiyyə başçısıdır.

 

https://www.youtube.com/watch?time_continue=1&v=8WhQAR_TtqA&feature=emb_logo

 

Məlumata görə, saxlanılanlar Qoşaçay şəhərinə aid məişət tullantılarının Baruq şəhəri və “Şorca Ağkənd”ə yaxın əraziyə buraxılmasına etiraz bildirib. Dinc keçirilən etiraz yığıncağına 100 nəfərdən çox bölgə əhalisi qatılıb.

 

https://www.youtube.com/watch?time_continue=6&v=liiD3AS-K4A&feature=emb_logo

 

https://www.youtube.com/watch?time_continue=7&v=B1bXH-WlN-0&feature=emb_logo

 

https://www.youtube.com/watch?time_continue=2&v=fpBgbjrnVqE&feature=emb_logo

 

 

Məişət, hətta tibbi tulantıların şəhər və kəndlər ətrafında zərərsizləşdirilmədən dəfn olunması Güney Azərbaycanın əksər bölgələrində böyük problemə çevrilib. Koronavirus infeksiyası yayıldığı günlərdə bu məsələ bölgə əhalisinin xüsusi nigaranlığına səbəb olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar