SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda “Pejak” terrorçuları ilə toqquşmada “Sepah” üzvü həlak olub

2021.10.20, 07:36
Qərbi Azərbaycanda “Pejak” terrorçuları ilə toqquşmada “Sepah” üzvü həlak olub

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycanın Çaldıran şəhərində  “Pejak” terror qruplaşması ilə İranın silahlı qüvvələri arasında silahlı toqquşma baş verib.

 

Toqquşma zamanı Mehdi Axundzadə adlı bir “Sepah” terrorçusu həlak olub.

 

Hadisə mayın 28-i günortadan sonra sərhədyanı Səqrik kəndində baş verib.

 

İran mətbuatında bu barədə geniş məlumat yayılmayıb, sadəcə bildirilib ki, terror təşkilatı bölgədə xaos yaratmaq məqsədi ilə belə bir hücum həyata keçirib.

 

Qeyd edək ki, kürd terror qruplaşmaları, o cümlədən PKK və “Pejak” kimi ona bağlı olan qruplaşmalar Güney Azərbaycanın qərb bölgəsində vaxtaşırı terror aktları törədir. Məqsəd azərbaycanlıların bölgədən köçməsi və həmin məntəqənin kürdləşdirilməsinə nail olmaqdır. Qərbi Azərbaycan Əyalətinin kürdləşdirilməsi prosesinə İran rejimi də dəstək verir, lakin kontroldan çıxaraq idarə olunmayan kürd terror qruplaşmaları ilə hökumət qüvvələri arasında vaxtaşırı toqquşmalar yaşanır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar