SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda saxta alkoqollu içkilərdən ölənlərin sayı 7-yə çatıb

2021.10.20, 07:36
Qərbi Azərbaycanda saxta alkoqollu içkilərdən ölənlərin sayı 7-yə çatıb

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin rəisi Baqir Bəhrami ötən günlərdə əyalətdə saxta alkoqollu içkilərdən ölənlərin dəqiq sayını açıqlayıb.

 

Bu barədə martın 13-də mətbuata açıqlama verən B.Bəhrami ölənlərin sayının 7 nəfərə çatdığını bildirib.

 

“Bu gün səhər saatlarına qədər saxta alkoqollu içki içənlərdən 38-i zəhərlənib. Onların  22-i Bukan, 14-ü Urmiyə, 2-i isə Piranşəhr şəhərlərinin sakinləri olub. Zəhərlənənlərdən 7-i ölüb”- deyə o bildirib.

 

Təcili Tibbi Yardım Mərkəzinin rəisinin sözlərinə görə, saxta içkilərdən zəhərlənərək xəstaxaya yerləşdirilənlərdən yalnız 8-i xəstəxanadadır, qalan 23 nəfər evə buraxılıb.

 

Oxşar hadisə ötən həftələrdə Ərdəbil Əyalətinin Meşginşəhr və Şərqi Azərbaycan Əyalətinin Əhər şəhərində baş vermişdir. Meşkinşəhrdə saxta içkilərdən 3 nəfərin öldüyü və 57 nəfərin zəhərləndiyi, Əhərdə isə 1 nəfərin öldüyü və 73 nəfərin zərhərləndiyi bildirilmişdir.

 

İranda saxta alkoqollu içkilərin ölüm, kor olma və zəhərlənmələrə səbəb olması yeni xəbər deyil. Bu ölkədə 1979-cü ildən, islam inqilabı baş verəndən sonra alkoqollu içkilərin istehsalı, satışı və istehlakı qadağandır. Ona görə də evdə əldəqayırma yolla hazırlanmış və ya qanunsuz içkilər istehlak olunur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar