Qərbi Azərbaycanda yağıntının miqdarı azalıb

2021-07-22 14:50

Qərbi Azərbaycanda yağıntının miqdarı azalıb. Bu barədə Qərbi Azərbaycan əyalətinin Regional Su Şirkətinin başçısı Yasir Rəhbərdin məlumat verib.

Gunaz.tv Quote | Gunaz article

Yasir Rəhbərdin mətbuata verdiyi açıqlamada cari yağış ilindən bu yana (22 sentyabr 2020) otən ilin müvafiq dövrünə nisbətən 106 mm, 27% azaldığını deyib.

O, bu gün 22 iyulda mətbuat nümayəndələri ilə görüşündə cari ildə əyalətə 286 mm yağış düşdüyünü, bunun ötən il 392 mm olduğunu qeyd edib.

Y.Rəhbərdin Qərbi Azərbaycana düşən yağış miqdarının uzun müddətli dövrlə müqayisədə 18% olmaqla 62 mm azaldığını söyləyib.

Regional Su Şirkətinin başçısı əyalətdə üç əsas Urmu, Zab və Araz hövzəsinin olduğunu, bu hövzələrdə 284, 597, 202 mm yağış qeydə alınmaqla hər üç hövzədə yağıntıların miqdarında əhəmiyyətli dərəcədə azalma göründüyü barədə danışıb.

 Yasir Rəhbərdin yağışların Zab hövzəsində 30%, Urmu hövzəsində 24% və Araz hövzəsində 30% azaldığı barədə məlumat verib.

Qərbi Azərbaycan əyalətində illik ortalama yağıntı 400 mm-dir. 

Cari ilin əvvəllərində Yasir Rəhbərdin əyalətin su anbarlarında su həcminin 21% azaldığı barədə xəbərdarlıq etmişdi.

Yasir Rəhbərdin hal-hazırda Ərdəbilin bəndlərində mövcud olan su həcminin 1035 milyon kubmetr olduğunu, bunun ötən ilin müvafiq dövründə 1318 milyon kubmetr olduğunu və bir ildə 21% azalma qeydə alındığını deyib.

Direktor Bukan su bəndində 387, Ağçay bəndində 162 və Şəhər çayı üzərindəki bənddə isə 124 milyon kubmetr su ilə su ehtiyatının olduğunu deyib.

Bununla yanaşı ötən həftə Maku, Şot, Poldəşt və Çaldıran bölgələrinin İran parlamentindəki nümayəndəsi Məhəmməd Əlipur da, quraqlıq barədə danışaraq əyalətin 200 kəndində içməli su çatışmazlığından danışıb.

بارش‌ها در آذربایجان‌غربی ۲۸ درصد کمتر از سال آبی گذشته است

Millət vəkili və İran parlamentinin İqtisadiyyat Komissiyasının üzvü məsullara müraciət edərək deyib ki, əhalini bundan artıq sıxıntıda saxlamaq olmaz.

Məsulların su qtılığının səbəbini vəsait çatışmazlığı ilə əlaqələndirdiyini vurğulayan millət vəkili bildirib ki, bu problemin həll olunmaması yarıtmaz idarəetmə ilə birbaşa bağlıdır.

Qeyd edək ki, yağıntının azalması, içməli və suvarma şəbəkəsi və infrastrukturun köhnəlməsi, yarıtmaz idarəçilik və son ayda başlayan elektrik kəsintiləri ölkədə su böhranının yaranmasına səbəb olub.

C.E

Mövzu ilə bağlı digər xəbərləri buradan oxu bilərsiniz:
Qərbi Azərbaycan əyalətində su ehtiyatı azalıb

Qərbi Azərbaycanın 200 kəndində içməlu su yoxdur

Son bir ayda Qərbi Azərbaycanda quraqlıq şiddətlənib

Qərbi Azərbaycanın Poldəşt bölgəsi içməli su qıtlığından əziyyət çəkir

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16