SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda zəlzələ olub

2021.10.20, 07:36
Qərbi Azərbaycanda zəlzələ olub

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycanın Xoy bölgəsində 3.4 bal gücündə zəlzələ baş verib.

 

Əyalətin Seysmologiya Mərkəzinin verdiyi məlumata görə, zəlzələ bu gün saat 01:59-da Qotur məntəqəsində 10 kilometr dərinlikdə baş verib.

 

Qərbi Azərbaycan Fövqəladə Hallar İdarəsinin rəisi Abbas Cəfəri zəlzələ nəticəsində dağıntı və tələfat olmadığını bildirib.

 

“Dünən də bu məntəqədə 4.5 bal gücündə zəlzələ baş verib. Hətta bəzi yaşayış evlərinə ziyan da dəyib. Ona görə də əhali evlərini zəlzələyə qarşı davamlı etmək üçün əlindən gələni etməlidir. Kəndlərdə yaşayan əhali bu məqsədlə kredit almaq üçün Mənzil Fonduna (“Bonyad-i məskən”)  müraciət edə bilər.”- deyə o bildirib.

 

Qərbi Azərbaycan Fövqəladə Hallar İdarəsinin rəisi zəlzələnin kənd evlərinə ziyan vurub-vurmadığını araşdırmaq üçün bölgəyə xüsusi qrupların göndərdildiyini bildirib.

 

Xatırladaq ki, noyabrın 8-də Şərqi Azərbaycan Əyalətinin Miyana məntəqəsinin Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də təxminən 6 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində Miyana və Sarab məntəqələrində yerləşən kəndlərdə minlərlə ev dağılıb, çox sayda insan ölüb və ya müxtəlif dərəcəli xəsarət alıb. Deyilənlərə görə, hökumət təbii fəlakətdə ölənlərin sayını gizlədir. Hazırda zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür, soyuq hava şəraiti vəziyyəti daha da ağırlaşdırıb. Bölgədə ərzaq məhsulları, qızınmaq vasitələri, tibbi ləvazimat və digər yardımlara təcili ehtiyac var.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar