SON XƏBƏRLƏR

Qərbi Azərbaycanın Çaldıran şəhərində güclü zәlzәlә olub

2021.10.20, 07:36
Qərbi Azərbaycanın Çaldıran şəhərində güclü zәlzәlә olub

Gunaz.tv

GünAz TV: Qәrbi Azәrbaycan Əyalətinin Çaldıran mәntәqәsinin 43 kilometrliyindә 4,7 bal gücündә zәlzәlә baş verib.

 

Bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

 

Zəlzələ yerli vaxtla saat 10:14-da, 12 km dərinlikdə qeyd alınıb.

 

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

 

Çaldıran şəhəri Türkiyə sərhəddində yerləşir.Yeraltı təkanlar Türkiyənin sərhədyanı məntəqələrində də his olunub.

 

Qeyd edək ki, 23 fevralda Qərbi Azərbaycanda yerləşən Xoy Şəhərinin Qotur məntəqəsində baş verən zəlzələdə yüzdən çox insan xəsarət almışdır. Hazırda 43 kəndin əhalisi soyuq hava şəraitində çadırlarda yaşayır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar