Qərbi Azərbaycanın Poldəşt bölgəsi içməli su qıtlığından əziyyət çəkir

2021-07-22 13:11

Qərbi Azərbaycanın Poldəşt mahalında içməli su qıtlığı yaşanır.

Gunaz.tv Quote | Gunaz article

Problemin şiddətlənməsi bir sıra rəsmiləri və hökumət nümayəndələrini durumun ağırlığını etiraf etməyə məcbur edib. 

İran İslam İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan Poldaşt Müqavimət Bölgəsinin komandiri Mənsur Yusifi su qıtlığından əziyyət çəkən kəndlərdən keçirdiyi görüş zamanı rəsmi qurumları tənqid edib.

“Əhalinin şikayətləri əsasında dəfələrlə bölgədən görüş keçirmişik. İçməli su qıtlığı barədə narazılıqları Rayon Təminat Şurasının toplantılarında qaldırıb məsələnin həlli istiqamətində tədbirlər görülməsini təklif etmişik. Ancaq təəssüflə bu günə kimi əlaqədar məsullardan hər hansı bir addım atıldığını görməmişik”-deyə, o, bildirib.

M.Yusifi deyib ki, su qıtlığı ilə bağlı məsulların bəhanələri qəbuledilməzdir və məsələ davamlı şəkildə təqib edilməlidir.
Poldəşt İcra Hakimiyyətinin başçısı Həbib Sadiqzadə də mətbuat nümayəndələrinə verdiyi açıqlamada M.Yusifinin dediklərinin təsdiq edib.

"Əhalinin narazılığı ilə bağlı əlaqədar idarə və şəxslərə məktublar göndərmişik. Keçirilən toplantə və məktublara verilən cavablarda problemin həlli ilə bağlı addım atılacağı deyilib”-deyə, Həbib Sadiqzadə bildirib.

Poldəş mahalının Su və Kanalizasiya Şirkətinin başçısı Hüseyn Əlinejad yerli “Araz səsi” xəbər portalına verdiyi müsahibədə əhalinin haqlı olduğunu bildirib. O, deyib ki, içməli su təminatı təsisatlarında problem yadandığı üçün içməli su qıtlığı yaşanır.

Hüseyn Əlinejad texniki problemlərin aradan qaldırılması üçün işlərin getdiyini deyib.

Qeyd edək ki, Poldəştin Araz bölgəsinin kəndlərində, özəlliklə 8 kənddə bir aydan çoxdur ki içməli su yoxdur. 

1700 nəfər əhalisi olan 8 kəndə səyyar su tankerləri vasitəsi ilə içməli su çatdırılması isə ardıcıl olmadığı üçün əhalinin suya olan ehtiyacını ödəmir.

C.E    
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16