GünAzTV: İranın Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərində naməlum kürd yaraqlı qruplaşmaları ilə baş verən silahlı qarşıdurmada 2 İran sərhədçisi həlak olub.
Yayılan məlumata əsasən, hadisə iyunun 5-i axşam saat 23:00-da İraq sərhədinə yaxın məntəqədə baş verib. Yaraqlı kürdlərlə sərhədçilər arasında baş verən atışma nəticəsində, İran hüquq-mühafizə qüvvələrinin 2 sərhədçisi, Yusif Piranə və Məhbub Qurbani güllə yarası alaraq yerindəcə həlak olub.
Qarşıdurmada yaraqlı kürdlərin mümkün itkiləri və onların hansı müxalif kürd siyasi cərəyanına bağlı olduqları açıqlanmayıb.
A.M