SON XƏBƏRLƏR

Qərbi Azərbaycanın Xoy bölgəsində zəlzələ olub

2021.10.20, 07:36
Qərbi Azərbaycanın Xoy bölgəsində zəlzələ olub

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Əyalətində yerləşən Xoy şəhərinin Qotur məntəqəsində 4.3 bal gücündə zəlzələ baş verib.

 

İran Seysmoloji Mərkəzi tərəfindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 02:37-də qeydə alınıb.

 

Zəlzələnin episentri Qotur şəhərindən 7 kilometr məsafədə olub.

 

Məlumata əsasən, yeraltı təkanlarının ocağı 10 kilometr dərinlikdə yerləşib.

 

Dağıntı və tələfat haqda hələlik heç bir məlumat yoxdur.

 

Xatırladaq ki, fevralın 23-də Qotur məntəqəsində güclü zəlzələ baş verib, yeraltı təkanlar çox sayda kənddə dağıntılara səbəb olmuşdur. Hazırda 43 kəndin əhalisi soyuq hava şəraitində çadırlarda yaşayır.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar