İran təhlükəsizlik qüvvələri fevralın 24-də bu barədə məlumat paylaşıb.
Gunaz.tv
“Anadolu” agentliyinin fars bölməsi İran təhlükəsizlik qüvvələrinə istinadən xəbər verib ki, Qərbi Azərbaycan əyalətinin Piranşəhr bölgəsində, İraqla sərhəddə baş verən atışmada iki silahlı öldürülüb.
Xəbərdə öldürülən şəxslərin “İraqın şimalından İrana keçərək təxribat törətmək” niyyətində olduqları bildirilir.
Onların İraqın şimalında silahlı qruplaşmalardan birinə üzv olduqları, əməliyyatdan sonra onlardan iki ədəd klaşnikov avtomatı, əl qumbaraları və sursatın götürüldüyü iddia edilir.
Bundan öncə Tehran şəhərinin polis rəisi üzərində partlayıcı jilet, odlu silah, alışdırıcı maddələr olan bir nəfərin “təxribat törətmək cəhdinin qarşısının alınnması və həbs olunduğunu” bildirmişdi.
C.E