Qərbin İran siyasəti dəyişə bilər: "Nüfuzlu amerikalı araşdırmaçıların gəldiyi nəticə çox önəmlidir"-RƏYLƏR

2021-05-08 13:04

​​​​​​​Amerikanın Demokratiyanı Müdafiə Mərkəzində (FDD)  “İran yalnız Fars deyil: İslam Respublikasında etnik siyasət” mövzusunda keçirilən müzakirə və gəlinən nəticələr ciddi rezonans doğurub. 

Gunaz.tv Quote | Gunaz article

Qeyd edək ki, müzakirədə Harvard Universitetinin “Kennedi” Kollecinin Kaspin Tədqiqat Proqramının tədqiqat direktoru və İranla bağlı tədqiqatçı Brenda Şaffer, FDD-nin Araşdırma üzrə Baş vitse-prezidenti Jonathan Schanzer,  CIA (Mərkəzi Kəşfiyyat Agentliyinin) Əməliyyat Müdirliyində mütəxəssis olaraq calışmış Reuel Marc Gerecht və Günaz.Tv-nin rəhbəri Əhməd Obalı iştirak edib. Ekspertlər hesab edir ki, bu müzakirə Amerikada İrana, İran cəmiyyətinə baxışı dəyişə bilər.

Xatırladaq ki, müzakirədə bu nəticəyə gəlinib ki, İranda əhalinin əksəriyyəti qeyri-farslardır və İrana yönəlik siyasət dəyişməlidir. İranla bağlı məsələdə qərarlar qeyri-fars millətlərini, əsasən də azərbaycanlıları nəzərə alaraq verilməlidir.

Məsələyə münasibət bildirən Klassik Xalq Cəbhəsi Partiyasının sədri, sabiq millət vəkili Mirmahmud Mirəlioğlu deyib ki, bu cür müzakirələr İranla bağlı həqiqətlərin ortaya çıxması baxımından çox önəmlidir: “Məşhur araşdırmaçıların gəldiyi nəticə bizim üçün, Güney Azərbaycanın azadlığına çalışanlar, problemi beynəlxalq müstəviyə daşımaq istəyənlər üçün çox əhəmiyyətlidir. 

Mirmahmud Mirəlioğlu — Vikipediya

Sağ olsunlar ki, bu qənaətə gəliblər. BMT yaranandan bəri Güney Azərbaycan bir nömrəli məsələ olub.  Hər zaman Ağ Evin siyasətində Güney Azərbaycan məsələsi mühüm rol oynayıb. Ancaq təəssüflər olsun ki, güneyli soydaşlarımızın istədiyi nəticə alınmayıb. Bu toplantını tədqirəlayiq hesab edirəm. Olduqca aktual müzakirədir. Bu məsələ biz Bütöv Azərbaycançıların heç zaman unutmadığı məsələdir. Fars-molla rejiminin qeyri-insani mahiyyətdə olduğunu bildiyimiz üçün o dövlətə İran anti-islam cümhuriyyəti deyirik. 1979-cu ilindən bu ana kimi islam pərdəsi altında insanlığın əleyhinə siyasət yürüdürlər. Biz bu siyasətin əleyhinəyik”.

44 günlük  Vətən müharibəsi düşüncələri dəyişdi. Düşüncələrdə daşlaşmış fikir vardı ki, biz Şuşaya dönə bilmərik. Ancaq bu gün Şuşada Azərbaycan bayrağı dalğalanır. Güney Azərbaycanla da bağlı analoji fikirlər var. Hesab edilir ki, İran rejimi Güneyin istiqalına heç zaman imkan verməyəcək. Mirmahmud Mirəlioğlu hesab edir ki, bu, yanlış fikirdir:

“Bunda ciddi şəkildə iman məsələsi var. Daşlamış fikir daş başlarda olur. Bu məsələ bilərəkdən gündəmə gətirilir. “Şuşaya qayıda bilmərik” deyənlər imansız adamlar idi. İmansız adamın da inamı olmur. Biz bu cür fikirləri, stereotipləri dağıtmalıyıq. Türklərin hakim olduğu bölgələrdə mütləq hakimiyyətə qayıdacağıq. Mehtərlərin hakimiyyətə gətirilməsi, sonra iqtidarın mollalara ötürülməsi planı keçməyəcək. 

Gözümüzün önündə çox rejimlər dağılıb. İran rejimi də anti-islami, anti-insani olduğu üçün dağılacaq. Yaradanın əleyhinə olduğuna görə İran molla rejimi darmadağın olacaq. Buna inanmayanlar gec-tez şahidi olacaqlar”.

Nəsib Nəsibli Müsavatdan istefa verdi - — Yenilənib

Azərbaycanın İrandakı sabiq səfiri, sabiq deputat, tarix elmləri doktoru Nəsib Nəsibli də bildirib ki, bu, məlum olan həqiqətlərin bir daha dilə gətirilməsidir: “Amma kimlərin dilə gətirməsi çox önəmlidir. İctimai fikirə təsir edə biləcək amerikalıların bu məsələni dilə gətirməsi çox önəmlidir. Ona görə bunu yüksək qiymətləndirirəm”.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Əhmədinejad: “ETTELAAT Nazirliyində İsrail üzrə ən yüksək kəşfiyyat məmurunun özü İsrail casusu çıxdı”

2021-06-13

gun az article

Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”

2021-06-13

gun az article

Mirhüseyn Musəvi prezident seçkilərini boykot edib: "Təslim olmaq istəməyənlərin yanında olacağam"

2021-06-13

gun az article

Türkiyə səfiri: Ərdoğanın Şuşaya səfərinə hazırlıq davam edir

2021-06-13

gun az article

Peyvəndin ikinci dozasından sonra Putinin temperaturu yüksəldi

2021-06-13

gun az article

Paşinyan gülünc vəziyyətə düşdü

2021-06-13

gun az article

ABŞ Azərbaycanın humanitar addımını alqışladı

2021-06-13

gun az article

AVRO-2020: Belçika millisi Rusiyanı darmadağın edib

2021-06-13

gun az article

Ermənistan Ağdamda basdırılmış minaların xəritəsini Azərbaycana təhvil verdi

2021-06-12

gun az article

Paşinyan müxalifəti təhqir etdi, xalqı meydanlara çağırdı

2021-06-12

gun az article

Bu gün İranda prezidentliyə namizədlərin 3-cü debatı keçiriləcək

2021-06-12

gun az article

Akademik Çingiz Qacar vəfat edib

2021-06-12

gun az article

Azərbaycanda bəzi şəxslərə vaksinin üçüncü dozası vurulacaq

2021-06-12

gun az article

Prezident seçkiləri: "Seçki qərargahlarında çirkli pullar dolaşır- Azərbaycanlı namizəd

2021-06-12

gun az article

İlham Əliyev: "İtaliya bizim təbii qaz üçün əsas bazarlardan birinə çevrilir"

2021-06-12

gun az article

İranın Kirman əyalətində ağır yol qəzası: Bir ailənin 5 üzvü ölüb

2021-06-12

gun az article

"Televiziyalarımız oyanış prosesində mərkəz rolunu oynamalıdır"-Elnur Eltürk

2021-06-12

gun az article

Laçının Kamallı kəndindən görüntülər - VİDEO

2021-06-12

gun az article

İranın Şimali Xorasan əyalətində 4,3 bal gücündə zəlzələ olub

2021-06-12

gun az article

Azərbaycan nefti 74 dollara yaxınlaşır

2021-06-12