SON XƏBƏRLƏR

Qərbin İrana zərbəsi yalnız Avropa Birliyinin Rusiyadan asılılığını artıracaq

2021.10.20, 07:36
Qərbin İrana zərbəsi yalnız Avropa Birliyinin Rusiyadan asılılığını artıracaq

Gunaz.tv
Qərbin İrana zərbəsi yalnız Avropa Birliyinin Rusiyadan asılılığını artıracaq 20080623221442_1.jpg Pardoksal olsa da, Qərbin İrana zərbəsi Avropa Birliyinin Rusiyadan asılılığını yalnız artıracaq. Bu barədə pravda.ru yazır. Qeyd edək ki, avropalılar iqtisadi təsir addımları ilə olduqca gecikiblər, amma öz ərazilərində bütün İran hesablarını “donduracaqlarını” ucadan elan etmişdilər. Ekspertlərin fikrincə, bu hesabların sayı yalnız Avropada 75 milyard avro dəyərində hesablanır. Amma bütün bunlar, İslam Respublikasını az narahat edir. Hiyləgər farslar tamamilə gözüaçıq çıxıblar və onlar bir il bundan əvvəl bütün hesablarını müsəlman qardaşları Cənub-Şərqi Asiya, məhz Malayziya və Sinqapur banklarına yerləşdiriblər. Buna görə də son nəticədə avropalılara ancaq boş hava qalacaq. İncimiş Avropaya yalnız İrandan neft və qaz eksportuna sanksiya qoymaqdan başqa heç nə qalmayacaq. Bundan ilk növbədə kimin zərər çəkəcəyini bilmək çətin deyil. Zərərçəkənlər siyahısında yəqin ki, Əhmədinejad yox, İran enerji resurslarının əsas istehlakçısı – Avropa İttifaqı olacaq. Məsələ bundadır ki, Qərbə gündəlik olaraq neft və qaz tələb olunur, İranın isə əvvəlki iri neft və qaz reallaşmalarında əldə etdiyini nəzərə alsaq, hətta tamamilə iqtisadi blokada zamanı bir ildən də çox problemsiz yaşaya bilər. Avropa İranın qazı və neftindən imtina edərsə, nə olacaq? Rusiya enerji daşıyıcılarından güclü asılılıq və Bakı-Ceyhan boru kəməri ideyasının puça çıxması. Belə ki, sanksiyaların tətbiq olunacağı təqdirdə boru kəmərini doldurmağa heç nə olmayacaq. ANS PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar