Qətər səfiri: “Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını arzulayırıq”

2020-10-16 11:44

“BMT qətnamələrinə məhəl qoymadan Azərbaycan ərazisinin bir hissəsini 30 ilə yaxındır, işğal altında saxlayan Ermənistan, eyni zamanda, ölkəmizə qarşı ardıcıl hərbi təxribatlar törədir, beynəlxalq hüquq normalarına zidd olaraq mülki əhalini hədəfə alır. Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri növbəti təxribatlara başlayaraq, yaşayış məntəqələrimizi ağır artilleriya atəşlərinə məruz qoyub”.

Gunaz.tv Quote | Gunaz article

APA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Qətər Dövlətinin ölkəmizdəki səfiri Feysal bin Abdullah Həməd Al Hinzab ilə görüşdə deyib.


Nazir bu günlərdə Gəncədə yaşayış binalarının Ermənistan tərəfindən raket atəşinə tutulduğunu, bunun əslində insanlığa qarşı ağır cinayət olduğunu vurğulayıb. O, Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı dövlət səviyyəsində həyata keçirdiyi terror hücumlarının ağır nəticələri, bu hücumlar nəticəsində həlak olanlar, yaralananlar, eləcə də mülki obyektlərə, evlərə dəyən ciddi ziyanlar barədə məlumat verib.


Sahil Babayev Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatlarından və Qələbələrindən də bəhs edib. Azərbaycanın bu haqq savaşının məqsədinin ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünün təmin edilməsi olduğunu vurğulayıb.


Azərbaycanla Qətər arasında münasibətlərin inkişaf etdirilməsinin ölkələrimiz üçün əhəmiyyətini qeyd edən nazir Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan son islahatları diqqətə çatdırıb. İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Bakıda yaradılacaq beynəlxalq statuslu Əmək Mərkəzinin İƏT-ə üzv dövlətlər arasında əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.


Feysal bin Abdullah Həməd Al Hinzab oktyabrın 12-də onun da Gəncədə hadisə yerində olduğunu və Ermənistanın raket hücumunun nəticələrini gördüyünü, mülki əhalinin hədəfə alınmasının əleyhinə olduqlarını deyib. O, Azərbaycana ərazi bütövlüyünün bərpa olunmasını arzuladıqlarını diqqətə çatdırıb. “Hazırda baş verənlərlə bağlı Qətər sizlərin yanındadır. Dünya ictimaiyyəti, o cümlədən bizim xalq, işğal olunmuş ərazilərdə vəziyyəti yaxından izləyirik, “Əl-Cəzirə” telekanalı baş verən hadisələri işıqlandırır”, deyə səfir bildirib.


Görüşdə əmək, məşğulluq, sosial müdafiə sahəsində əlaqələrin inkişaf etdirilməsi imkanları müzakirə olunub. Bunun üçün müqavilə-hüquq bazasının yaradılmasının vacibliyi, Əməkdaşlığa dair Anlaşma Memorandumu layihəsinin hazırlanmasının məqsədəuyğun ola biləcəyi qeyd edilib, İƏT Əmək Mərkəzinin yaradılmasına dair fikir mübadiləsi aparılıb.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Müdafiə Nazirliyi: Erməni hərbçilər döyüşlərdə iştirak etməkdən imtina edir

2020-10-22

gun az article

Türkiyənin Müdafiə naziri: "Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir!"

2020-10-22

gun az article

Azərbaycan Prezidenti: “Ermənistan rəhbərliyi bu cinayətə görə cavab verəcək”

2020-10-22

gun az article

Düşmənin döyüş meydanında atıb-qaçdığı hərbi texnikalar- FOTO

2020-10-21

gun az article

Azərbaycanda son sutkada 714 nəfər COVID-19-a yoluxub, 176 nəfər sağalıb, 7 nəfər vəfat edib

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvada Sergey Lavrovla görüşüb

2020-10-21

gun az article

Baş Prokurorluq Qarabağda Ermənistan tərəfdən vuruşan muzdlu döyüşçülərlə bağlı 6 dildə videoçarx hazırlayıb

2020-10-21

gun az article

Pakistanda yaşayış binasında partlayış olub, ölənlər var

2020-10-21

gun az article

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb

2020-10-21

gun az article

Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edir

2020-10-21

gun az article

Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib

2020-10-21

gun az article

Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər həyata keçiriləcək

2020-10-20

gun az article

Azərbaycan Prezidenti düşmənin itirdiyi hərbi texnikanın siyahısını açıqlayıb

2020-10-20

gun az article

Prezident İlham Əliyev: "Düşmənin başını yaran yumruğumuz bizim birliyimiz, məqsədyönlü fəaliyyətdir"

2020-10-20

gun az article

Ermənilərin atdığı mərmi Tərtərdə yaşayış evinə düşüb, 2 nəfər ölüb

2020-10-20

gun az article

Azərbaycan Ordusu düşmənin xeyli texnikasını və canlı qüvvəsini məhv edib - VİDEO

2020-10-20

gun az article

MN: Düşmən Tərtər və Ağdam rayonlarını atəşə tutur

2020-10-20

gun az article

Baş katib: “Türk dünyası bu müharibədə Azərbaycanın yanındadır”

2020-10-20

gun az article

Pakistan XİN başçısı: “Qardaş Azərbaycan xalqının yanındayıq və onun özünümüdafiə hüququnu dəstəkləyirik” - YENİLƏNİB

2020-10-20

gun az article

Müdafiə Nazirliyi “Əsgərə Məktub Online” layihəsini təqdim edir - VİDEO

2020-10-20