Qəzvin düzənliyində ekoloji fəlakət: "Bu prosesin bərpasına yeddi min il vaxt lazımdır"

2021-07-03 15:30

"Qəzvin düzənliyində baş verən torpaq çökməsinin bərpasına 7 min il vaxt lazımdır". Bunu Qəzvin əyalətinin valisinin ekologiya məsələləri üzrə müavini Tahirə Pərhizkari deyib.

Gunaz.tv Quote | Gunaz article

O, bu gün iyunun 3-də “İrna” xəbər agentliyinə verdiyi müsahibədə Qəzvində baş verən ekoloji fəlakətə laqeyd münasibətdən danışıb.

“Konstitusiyanın 5-ci maddəsinə görə, ekologiyanın qorunması ölkədə yaşayan hər bir fərdinin vəzifəsidir”-deyə, o, bildirib.

Tahirə Pərhizkari deyib ki, son illər bir sıra əlaqədar qurumların bu faciənin qarşısının alınmasında səy göstərmələrinə baxmayaraq, heç bir müsbət irəliləyiş qeydə alınmayıb.

Qəzvin düzənliyində ekoloji faciənin təssəvvür edildiyindən daha böyük olduğunu vurğulayan Tahirə Pərhizkari əyalətdə yaşanan fəlakət barədə xəbərdarlıq edib: "Düzənlikdə 4 milimetr torpaq çökməsi faciə elan olunduğu halda, son bir neçə ildə Qəzvin düzənliyində torpaq çöküntüsü 20 santimetrə bərabərdir”.

Valinin müavini əlavə edib ki, Qəzvin əyalətində mövcud olan bütün elektrik stansiyalarının texnologiyası 80 il əvvələ aiddir və gələcək nəsillər üçün ən azı sakit və daha sağlam bir ekosistem, iqlim irs qoymaq üçün daha ciddi qərarlar verilməli, təmiz və ətraf mühitə ən az ziyan vuran enerjilərə keçid edilməlidir. 

Tahirə Pərhizkari bildirib ki, Paris Konvensiyasına görə İran uzun illərdir dünyada ekologiyanı ən çox korlayan ilk 10 ölkə sırasında yer alıb.

“Qəzvin düzənliyi tarixi keçmişi, heyvan və bitki növləri və kənd təsərrüfatı məhsullarına görə, ölkədə ən əhəmiyyətli bölgələrdəndir və sıralamada ilk yerlərdən birini tutur”-deyə, o, hazırkı durumdan təssüfləndiyini ifadə edib.

Qeyd edək ki, İranda ən məhsuldar yerlərdən olan Qəzvin düzənliyi son illər yanlış idarəetmə, yeraltı su qaynaqlarından qaydasız istifadə, ifrat otarma və digər səbəblərdən səhralığa çevrilir,  faciəli səviyyədə torpaq çöküntüsünə məruz qalır.

C.E  


Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:

 
Qəzvində quraqlıq başlayıb- Baş direktordan həyəcanlı açıqlama

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16