Qəzvində ekoloji böhran: Düzənlikdə torpaq çökməsi faciəvi həddə çatıb

2021-07-07 15:55

Qəzvin düzənliyində torpaq çökməsi faciəvi həddə çatıb. Bununla bağlı Qəzvin şəhərinin cümə imamı Əbdülkərim Abidini xəbərdarlıq edib.

Gunaz.tv Quote | Gunaz article

Şəhərin cümə imamı və İranın ali lideri Seyidəli Xamneyinin əyalət üzrə nümayəndəsi Əbdülkərim Abidini çökmənin ciddi böhran olduğunu və qarşısı alınmaz ziyanlara səbəb olacağını deyib.

Qəzvin əyalətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin dirrektoru Mehran Şəntiyai ilə görüşündə cümə imamı bildirib ki, hər gün bu barədə daha acınacaqlı xəbərlər yayılır.
"Bu torpaq çökməsi ekoloji fəlakətlə yanaşı iqtisadiyyat, nəqliyyat, əkinçilik və məskunlaşma sahələrinə də ağır xəsarətlər vuracaq"-deyə, o bildirib.

Cümə imamı bu barədə mütəxəssislərin dediyini təkrarlayıb, çökmənin əsas səbəblərindən biri kimi yeraltı su ehtiyatlarından qaydasız istifadəni göstərib və hökumətin yarıtmaz idarəetməsinə toxunmadan yerli əhalini suçlu çıxartmağa çalışıb.

Bundan bir neçə gün öncə Qəzvin əyalətinin valisinin ekologiya məsələləri üzrə müavini Tahirə Pərhizkari ekoloji faciə barədə xəbərdarlıq edib.

"Qəzvin düzənliyində baş verən torpaq çökməsinin bərpasına 7 min il vaxt lazımdır"-deyə, o, bildirib.

T.Pərhizkari əyalətdə yaşanan fəlakət barədə xəbərdarlıq edib: "Düzənlikdə 4 milimetr torpaq çökməsi faciə elan olunduğu halda, son bir neçə ildə Qəzvin düzənliyində torpaq çöküntüsü 20 santimetrə bərabərdir”.

Tahirə Pərhizkari onu da bildirib ki, Paris Konvensiyasına görə İran uzun illərdir dünyada ekologiyanı ən çox korlayan ilk 10 ölkə sırasında yer alıb.

“Qəzvin düzənliyi tarixi keçmişi, heyvan və bitki növləri və kənd təsərrüfatı məhsullarına görə, ölkədə ən əhəmiyyətli bölgələrdəndir və sıralamada ilk yerlərdən birini tutur”-deyə, o, hazırkı durumdan təəssüfləndiyini ifadə edib.

Qeyd edək ki, İranda ən məhsuldar topraqlardan olan Qəzvin düzənliyi son illər yanlış idarəetmə, yeraltı su qaynaqlarından qaydasız istifadə, ifrat otarma və digər səbəblərdən səhralığa çevrilir,  faciəli səviyyədə torpaq çöküntüsünə məruz qalır.

 

C.E      

 

Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:
Qəzvin düzənliyində ekoloji fəlakət: "Bu prosesin bərpasına yeddi min il vaxt lazımdır" 2021-07-03 15:30

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16