SON XƏBƏRLƏR

Qəzvin Əyalətində 400 proje yarımçıq buraxılıb – Vali müavini

2021.10.20, 07:36
Qəzvin Əyalətində 400 proje yarımçıq buraxılıb – Vali müavini

Gunaz.tv

GünAz TV : Güney Azərbaycanın müxtəlif bölgələrində yarımçıq buraxılmış inşaat projelerinin sayı yüzlərlədir.


Dövlət yerli əhalinin rejimin ayrı-seçkilik siyasətinə olan etirazlarını səngitmək məqsədi ilə əksər bölgələrdə bir çox tikinti layihələrinin təməlini qoyur, lakin bəzi layihələrin icrasına heç vaxt başlanılmır, bəziləri isə yarımçıq buraxılır.


Qəzvin valisinin abadlaşdırma işləri üzrə müavini Əli Fərrüxzad bu barədə həyəcan təbili çalıb. O bildirib ki, Qəzvin Əyalətində 400 yarımçıq buraxılmış proje var. Onların istifadəyə verilməsi üçün azı 2 min 500 milyard tümən vəsaitə ehtiyac var.


Vali müavini projelərdə işlərin davam etdirilməsi üçün dövlətə deyil, özəl sektora ümid bəsləyir.
“Biz yarımçıq buraxılmış projeləri özəl sektorun yardımı ilə 3 il müddətində yekunlaşdıra bilərik. Ona görə də layihələrin özəl sektora buraxılması haqda düşünürük”- deyə o bildirib.


Güney Azərbaycanda istifadəyə verilməsi gözlənilən çox sayda proje var, onların bəzilərinin təməli 20 il əvvəl qoyulub. Yerli məsullar projelərin yarımçıq buraxılmasını dəfələrlə büdcə vəsaitinin olmaması ilə əlaqələndiriblər. Bəzi məsullar bu barədə dövlətdən heç nə gözləməyin deyərək məyusedici açıqlama ilə çıxış ediblər.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar