SON XƏBƏRLƏR

Qəzvin əyalətində maliyyə pozuntuları ilə əlaqədar iki yüksək vəzifəli şəxs saxlanılıb

2021.10.20, 07:36
Qəzvin əyalətində maliyyə pozuntuları ilə əlaqədar iki yüksək vəzifəli şəxs saxlanılıb

Gunaz.tv

GünAz TV: Qəzvin prokuroru əyalət üzrə iki yüksək vəzifəli şəxsin maliyyə pozuntuları ilə əlaqədar saxlandığını bildirib.

 

“İsna” xəbər agentliyi Qəzvin Əyaləti Prokurorluğunun İctimaiyyətlə Əlaqələr Şöbəsinin yaydığı məlumata istinadən bildirir ki, Məhəmməd Qasimi əyalət şəhərlərinin birində İcra Hamimiyyəti başçısının bir müavininin saxlandığını qeyd edib.

 

“Şəhərlərdən birinin Bələdiyyə İdarəsində baş verən maliyyə pozuntuları ilə əlaqədar dosyeyə baxılır. Həmin şəhərin İcra Hakimiyyətinin başçısının müavini də sözügedən dosyeyə görə  saxlanılıb”- deyə prokuror bildirib.

 

Məhəmməd Qasimi bəyan edib ki, məhkəmə prosesi ilkin mərhələdə olduğu üçün saxlanılan şəxs və onun mənsub olduğu şəhər barədə məlumat verilməyəcək.

 

Prokurorun sözlərinə görə, Bələdiyyə İdarəsində baş verən maliyyə pozuntularında rəsmi şəxslər və podratçılar tərəfindən yüksək məbləğdə pul mənimsənilib.

 

Məhəmməd Qasimi maliyyə pozuntuları ilə əlaqədar Qəzvin Əyalətinin baş idarələrindən birində bir ekspertin saxlandığını da diqqətə çatdırıb. O ekspertin kimliyi barədə heç bir məlumat verməyib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar