Qəzvində quraqlıq başlayıb- Baş direktordan həyəcanlı açıqlama

2021-06-08 13:59

Güney Azərbaycanın Qəzvin bölgəsində quraqlıq başlayıb. Bu barədə Qəzvin əyalətinin Böhranı İdarəetmə Mərkəzinin baş direktoru Qudrətullah Mehdixani  açıqlama verib. 

Gunaz.tv Quote | Gunaz article

"Bu il yağıntı az düşdüyü üçün arteizan quyuların suyundan istifadəyə vaxtından tez başlanıb. Buna baxmayaraq, Qəzvin kəndliləri öncəki illərlə müqayisədə daha az sahədə əkin işləri aparmağa məcbur olub”-deyə, baş direktor əyalətdə quraqlığın hökm sürdüyünü bildirib.

Qudrətullah Mehdixani cari yağıntı ilində əyalətə düşən yağıntının 191 mm olduğunu və bunun ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz azaldığını deyib.

Bir həftə öncə xüsusi komissiyanın yaradıldığını vurğulayan baş direktorun sözlərinə görə, görülən tədbirlərə baxmayaraq əhalinin içməli su ilə təminatı və əkin sahələrinin suvarılması ilə bağlı ciddi böhran qaçılmazdır.

"Mütəxəssislərin fikrincə əyalətdə bu il son 50 ilin ən şiddətli quraqlığı baş verəcək, bu daha ciddi problemlərlə üzləşəcəyimizi göstərir”-deyə, Qudrətullah Mehdixani durumun ağır olduğuna diqqət çəkib.

Ötən il əyalət səviyyəsində 2080 hektar meşə zolağı və otlaq sahəsinin yandığını vurğulayan baş direktor hesab edir ki, bu il quraqlıq səviyyəsi artdığı üçün yanğınlar daha geniş vüsət ala bilər.

Qəzvin əyalətinin Regional Su Şirkətinin icraçı direktoru Yədulla Məliki də problemin aktual olduğunu bildirib.

"Bu il yağıntı azaldığına görə quraqlıq erkən başlayıb və bir çox çayların suyu tamamilə quruyub”-deyə, “İSNA” informasiya agentliyinə verdiyi açıqlamada o, Qudrətullah Mehdixaninin su böhranı ilə bağlı narahatlığını bölüşüb.    

Qeyd edək ki, Qəzvin düzlüyü ərazisinin kiçik olmasına baxmayaraq İranın meyvə-tərəvəz və bostan məhsullarının 4 faizdən çoxunu təmin edir. 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.23.2021-Görüş: İranda prezident seçkilərinin nəticəsi, Batı Azərbaycanda birliyimizin hərakatımıza təsiri

2021-06-24

gun az article

"Amnesty International"dan xəbərdarlıq: İranda 20 yaşlı gənc yaxın günlərdə edam ediləcək

2021-06-23

gun az article

Həmədanda COVİD-19-a yoluxma sayı yenidən artıb

2021-06-23

gun az article

Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23

gun az article

Səreyinin tarixi Kanzaq kompleksi baxımsız qalıb: Abidənin bərpasına pul ayrılmır

2021-06-23

gun az article

Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23

gun az article

İranın Atom Enerjisi Təşkilatının binasına hücum olub

2021-06-23

gun az article

Zənganın Əbhər şəhərində azərbaycanlı gənc həbs edilib

2021-06-23

gun az article

Kürdlər Urmuda siyasi aksiya keçirməyə çağırış edib

2021-06-23

gun az article

İranın “Bərəkət” dərman kompleksinə dron hücumu olub-FOTO

2021-06-23

gun az article

İran hökuməti Təbrizdən İrəvana aviareys açmağa hazırlaşır

2021-06-23

gun az article

Təbrizdə sağlıq ocaqları yerli xeyriyyəçilərin hesabına tikilir

2021-06-23

gun az article

Təbrizdə özbaşınalıq: Bələdiyyə məmurları yaşlı qadının evini dağıdıb-VİDEO

2021-06-23

gun az article

Qərbi Azərbaycanda zəlzələ baş verib

2021-06-23

gun az article

GünazTV June.22.2021-Özümüz: Türkçülük Qılığında Azerbaycan Düşmənliyi

2021-06-23

gun az article

GünazTV June.22.2021-GÜNDƏM MASASI: İrandakı “seçkilər” və kütlənin siyasi mesajı.

2021-06-22

gun az article

"BBC Persian"dan Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik

2021-06-22

gun az article

Qərbi Azərbaycanda 5 tondan çox narkotik maddə aşkar edilib

2021-06-22

gun az article

İran iqtisadiyyatının durumu açıqlandı: "Son yarım əsrdə iqtisadi artım sıfıra bərabər olub”

2021-06-22

gun az article

Rəştdə türk namizədlərin qələbəsi münasibətilə konsert verilib-VİDEO

2021-06-22