Qəzvində sayğac zavodunun işçiləri etiraz aksiyası keçirib

2020-08-16 18:59

Güney Azərbaycanın Qəzvin şəhərində  sayğac zavodunun işçiləri növbəti dəfə etiraz yığıncağı keçirib.

Gunaz.tv Quote | Gunaz article

Məlumata əsasən, işçilər avqustun 16-da Qəzvin valiliyinin binası qarşısında toplanaraq neçə aylıq maaşlarının ödənilməməsinə etiraz ediblər.

Aksiyada iştirak edənlər həmçinin iş vəziyyətlərinin naməlum olması və işlərini itirmə təhlükəsi ilə üz-üzə olduqlarını bildiriblər.

 

 

Koronavirus infeksiyasının yayılmasından sonra zavodun fəaliyyəti dayandırılmışdı. Bundan 5 ay keçməsinə baxmayaraq zavodun yenidən fəaliyyətə başlaması və işçilərin ödənilməmiş əmək haqlarının ödənilməsi ilə bağlı heç bir tədbir görülməyib.

 

 

İLNA xəbər agentliyinin verdiyi məlumata əsasən, zavodun işçiləri 26 aydır ki maaş almırlar. İşçilərin sığorta haqqının tam ödənilmədiyinə görə, fəhlələrin işsizlik sığortası ilə təmin olunması da mümkün olmayıb.

 

 

Qəzvin sayğac zavodu fəhlələrinin sözlərinə görə, vaxtı ilə zavodda 350, hətta 400-ə qədər fəhlə çalışıb. Lakin hazırda onların sayı 136-ya düşüb. Bu işçilər məişət problemləri ilə qarşı-qarşıyadırlar.

 

 

Zavodun işçiləri  ötən aylarda da Qəzvin Valiliyinin binası qarşısında etiraz aksiyası keçirmişdir. Onlar aksiyanın zavodda istehsalla bağlı sabitsizlik, işlərini itirmə təhlükəsi və gecikən əmək haqları ilə əlaqədar olduğunu bildirmişdir. 

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14

gun az article

Xamneyini tənqid etdiyi üçün öldürülən güneyli gəncin videosu yayıldı

2021-05-14

gun az article

"Gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq"-Güney azərbaycanlı ziyalıların müraciəti yayıldı

2021-05-14

gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu ölkə çempionu oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12

gun az article

Milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib

2021-05-12

gun az article

Salmasda cinayətkar dəstənin üzvləri həbs olunub

2021-05-12

gun az article

Məzuniyyət müddəti bitən syasi məhbus Əlirza Fərşi həbsxanaya qayıdıb

2021-05-12