Qəzvində tarixi abidə dağılır- "İmamzada Kəmaləddin" türbəsi məhv olmaq üzrədir

2021-06-22 11:15

Qəzvin əyalətinin Avuc mahalında yerləşən tarixi "İmamzada Kəmaləddin" türbəsi məhv olmaq üzrədir.

Gunaz.tv Quote | Gunaz article

Türbə dəfələrlə tarixi əşya qaçaqçıları tərəfindən uçurdulub.

Voruq kəndində yerləşən və 500 ildən çox keçmişinin olduğu deyilən tarixi türbə yerli əhalinin təşəbbüsü ilə 20 dəfədən çox təmir olunub.

یکه‌تازی سارقان بنای امامزاده کمال‌الدین در سایه بی توجهی مسئولین

Ancaq Mədəni İrs Təşkilatı və başqa əlaqədar qurumların laqeyd münasibəti nəticəsində tarixi abidə baxımsız qalıb. Tarixi əşya qaçaqçılarının ərazidə apardığı qanunsuz qazıntılar, başqa yerdən gələn oğrular abidəyə ciddi ziyan vurub. Bu hal yerli əhalinin ciddi etirazına səbəb olub.

Turist qismində abidəni ziyarət edən Müctəba Muradi “Mehr” xəbər agentliyinə verdiyi açıqlamada tarixi abidənin durumundan təəssüfləndiyini bildirib. O, qeyd edib ki, əhalinin Mədəni İrs Təşkilatı və başqa qurumları cavabsız qalıb.

M.Muradi Mədəni İrs Təşkilatının fəaliyyətini yarıtmaz olduğunu deyib. “Mədəni İrs Təşkilatının yerli mümayəndəliyi bu abidə milli əsərlər siyahısında qeydiyyatdan keçmədiyi üçün onunla bağlı hər hansı tədbir görə bilmətik”-deyirlər-deyə, o, məsulları tənqid edib.

یکه‌تازی سارقان بنای امامزاده کمال‌الدین در سایه بی توجهی مسئولین

M.Muradi qeyd edib ki, abidənin durumu ilə bağlı sənədlər hazırlayıb və fotolar, video görüntülərlə birlikdə Mədəni İrs Təşkilatına təqdim etmək istəyib. Ancaq o da başqaları kimi qurumun bağlı qapıları arxasında qalıb və müraciətinə əhəmiyyət verilməyib.

Qəzvin əyalətinin Mədəni İrs Təşkilatının başçısı Əlirza Xəzaili də məsələ ilə bağlı açıqlama verib. 

“Bu tikili ölkənin və əyalətin milli əsərlər siyahısında qeydiyyatdan keçməyib. Onun tarixinin və keçmişinin dəyərləndirilməsi ilə bağlı araşdırılma aparılacaq. Hesab edirik ki, ora imamzada deyil”-deyə, Əlirza Xəzali  bildirib.


Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:

Qəzvinin tarixi “Mominan” evi acınacaqlı durumdadır

Güney Azərbaycanda tarixi abidələrə ögey münasibət: Qəzvindəki “Səfəvi Dövlətxanası” dağılır

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30

gun az article

GünazTV July.30.2021: Körpü: İran’da İnterneti Kəsmək

2021-07-30

gun az article

Təbrizli xeyriyyəçi məktəblilərin xərclərinin ödənilməsi üçün 4 qatlı bina bağışlayıb

2021-07-30

gun az article

24 iyul aksiyasında saxlanılan milli fəalların son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30

gun az article

Tikintisi 14 ildir davam edən Təbriz-Əhər yolunun açılışı yenə ertələndi

2021-07-30

gun az article

Təbrizdə məhbuslara dəstək aksiyası: Şəhərdə afişalar yayıldı- FOTO

2021-07-30

gun az article

Şəhruz və Şahin Bərzgər qardaşlarının son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30

gun az article

Təbriz aksiyasında həbs olunan fəallardan daha ikisinin kimliyi bəlli olub

2021-07-30

gun az article

Qərbi Azərbaycanda silah-sursat tapılıb?- İran hökumətindən üçüncü iddia

2021-07-29