Qəzvin ekoloji fəlakətin astanasında: Torpaq çökməsi ciddi təhlükələrdən xəbər verir

2021-07-24 11:14

Qəzvin əyalətində topraq çökməsi ciddi problemlərə yol aşa bilər. Bu barəd Böhran İdarəetmə Mərkəzinin başçısı Qudrətullah Mehdixani məlumat verib.

Gunaz.tv Quote | Gunaz article

Qudrətullah Mehdixani bununla bağlı aparılan son geoloji tədqiqatlardan danışıb. Onun sözlərinə görə, ümumilikdə Qəzvin əyalətində, özəlliklə Qəzvin düzənliyində torpağın 3-17 sm çökməsi baş verib.

O, bunun daha ciddi tədbirlərin görülməsini vacib sayıb.

 

“Qəzvində baş verən torpaq çökməsinin 45%-i Qəzvin çölündə baş verir və Avuc rayonundan başqa əyalətin hər beş rayonunda bu ekoloji problem baş verməkdədir”-deyə, Q.Mehdixani bu gün mətbuata verdiyi müsahibədə bildirib.

 

Torpaq çökməsini səssiz, ancaq təhlükəli, dağıdıcı ekoloji proses adlandıran Q.Mehdixani bunun yerüstü və yeraltı qaynaqlara, infrastruktura ağır ziyanlar vurduğunu bildirib. O, bu prosesin qarşısının alınması üçün isə uzun zamana və böyük vəsaitə ehtiyac olduğunu deyib.

 

Q.Mehdixani deyib ki, qarşıdakı illərdə normal yağıntılar düşsə belə hazırkı torpaq çökməsinin törətdiyi fəsadlardan yaxa qurtarmaq mümkün olmayacaq.

 

Qudrətullah Mehdixani eyni zamanda məsul şəxslərin və əlaqədar qurumların bu günə kimi məsələyə ciddi yanaşmadıqların vurğulayıb.

"Yağıntıların azalması, içməli və əkin sahələrinin suyunu təmin etmək üçün yeraltı su qaynaqlarından qaydasız istufadə, hərtərəfli, dəqiq monitorinqin aparılmaması və peşəkar nəzarətin olmaması məsələnin bu səviyyəyə çatmasına səbəb olub"-deyə, o,bildirib.

 

Bununla yanaşı Qazvin əyalətinin Su və Kanalizasiya Şirkətinin İstismar və Su Ehtiyatlarının İnkişafı üzrə sədr müavini Eynullah Ramazani də “İRNA” informasiya agentliyinə verdiyi açıqlamada problemdən danışıb.

"Belə davam edərsə qarşıdakı 10 il ərzində Qəzvin düzənliyi susuz səhralığa çevrilə bilər”-deyə, o, yetkili qurumları tədbir görməyə çağırıb.

 

E.Ramazani torpaq çökməsini zəlzələdən daha dağıdıcı və ağır xəsarətlərə yol açan ekoloji hadisə kimi dəyərləndirib, onun yaratdığı fəsadlarının bir çoxunun aradan qaldırılmasının mümkün olmadığını, bölgə əhalisinin məcburi köç etməsinə gətirib çıxara biləcəyini söyləyib.

 

Qeyd edək ki, İranda ən məhsuldar yerlərdən olan Qəzvin düzənliyi son illər yanlış idarəetmə, yeraltı su qaynaqlarından qaydasız istifadə, ifrat otarma və digər səbəblərdən səhralığa çevrilir,  faciəli səviyyədə torpaq çöküntüsünə məruz qalır.

 

İyulun əvvəllərində Qəzvin əyalətinin valisinin ekologiya məsələləri üzrə müavini Tahirə Pərhizkari Qəzvin düzənliyinin bərpasına yeddi min il vaxt lazım olduğunu demişdi.

 

۵۸ روستای استان قزوین در معرض تهدید سیل قرار دارد - خبرگزاری مهر | اخبار  ایران و جهان | Mehr News Agency

C.E

 

Mövzu ilə bağlı digər xəbərləri buradan oxu bilərsiniz:
Qəzvin düzənliyində ekoloji fəlakət: "Bu prosesin bərpasına yeddi min il vaxt lazımdır"

Qəzvində su böhranı dərinləşib- "İstehsalda ciddi azalma olacaq"-Baş direktor

Qəzvində quraqlıq başlayıb- Baş direktordan həyəcanlı açıqlama

 

 


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16