Qəzvində koronavirus fəlakəti: “Britaniya ştammı” sürətlə yayılıb, xəstəxanalarda çarpayı çatışmır

2021-04-20 13:15

Güney Azərbaycanın Qəzvin bölgəsində koronavirus sürətlə yayılır. Epidemioloji vəziyyət gərgindir. Bu barədə Qəzvin Tibb Elmləri Universitetinin müalicə bölməsinin rektor müavini Əli Əkbər Kərəmi məlumat verib. 

Gunaz.tv Quote | Gunaz article

“İRNA” xəbər agentliyinə açıqlama verən Əli Əkbər Kərəmi aprelin 18-dən 19-a keçən gecə, 24 saat ərzində 1000-dən çox yoluxma halının qeydə alındığını, əyalətdə durumun narahatlıq doğurduğunu bildirib.

 

Onun sözlərinə görə, xəstəxanalarda çarpayı çatışmazlığı yaranıb,  xəstələrin mütləq əksəriyyəti koronavirusun mutasiyaya uğramış “Britaniya ştammı”na yoluxub. Əli Əkbər Kərəmi bildirib ki, əyalətdə virusun “Braziliya ştammı”nın yayılma ehtimalı olduqca yüksəkdir.

 

Kərəmi qeyd olunan tarixdə keçirilən testlərin 1439-nun müsbət çıxdığını, bununla da gündəlik yoluxma sayının 1500 nəfərə yaxınlaşdığını və 9 nəfərin öldüyünü qeyd edib.

Qeyd edək ki, Qəzvin əyalətində koronavirusa qarşı vaksinasiya yox səviyyəsindədir. 

 

Qəzvin Tibb Elmləri Universitetinin rektoru Peyman Namdar ötən gün mətbuata verdiyi açıqlamada çox milyonluq əhalisi olan Qəzvin əyalətində bu günə kimi yalnız 8200 doz vaksinin vurulduğunu açıqlayıb.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə siyasi məhbus Ruzbeh Piriyə dəstək aksiyası keçirilib-FOTO

2021-09-19

gun az article

Milli fəal Məhəmməd Mərdi barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-19

gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16