Güney Azərbaycanda tarixi abidələrə ögey münasibət: Qəzvindəki “Səfəvi Dövlətxanası” dağılır

2021-03-23 10:52

​​​​​​​Güney Azərbaycanda tarixi abidələrə laqeyd münasibət davam edir.

Gunaz.tv Quote | Gunaz article

Qəzvin şəhərində yerləşən tarixi “Səfəvi Dövlətxanası” acınacaqlı vəziyyətdədir. Tarixi abidələrə məsul qurumlar və yerli hakimiyyət orqanları Səfəvi və Qacar dövlətlərinin yadigarları olan tarixi əhəmiyyətli binanın yenidən qurulması və qorunması ilə bağlı verdikləri vədi yerinə yetirmirlər. Qeyd edək ki, Qəzvindəki “Səfəvi bağı” bir çox qaynaqlarda “Səfəvi Dövlətxanası” kimi də qeyd olunur. 

Bir neçə binadan ibarət olan tarixi kompleks 6 hektarlıq bağın içərisində yerləşir. Bu kompleks paytaxtTəbrizdən Qəzvinə köçürüldüyü zaman inşa edilib və Qacarlar dönəmində daha da təkmilləşdirilib.

Səfəvi, Avşar və Qacarlar dönəminin memarlıq nümunələrini özündə birləşdirən və Güney Azərbaycanın ən əhəmiyyətli tarixi abidələrindən sayılan komleks uzun illərdir Mədəni İrs Təşkilatı və başqa əlaqədar qurumların laqeydliyi nəticəsində baxımsız qalıb.

Səfəvi hökmdarı I Şah Təhmasibin göstərişi ilə salınan bağın içərisində tikilən dövlət əhəmiyyətli binaların çoxu baxımsızlıq ucbatından dağılıb, dağıdılıb. Hazırda ayaqda duran bir neçə bina isə dağılmaq üzrədir.

Bundan öncə kompleksdə olan yeddi darvazanın altısı məhv olub. Hazırda yalnız onlardan biri- “Ala Qapı” salamaq qalıb.

Qəzvinlilər bununla bağlı dəfələrlə məsələ qaldırsalar da bu günə kimi heç bir nəticə əldə edə bilməyiblər. 

Şəhər əhalisi və ziyalılarının son müraciətindən sonra martın 22-də İranın “Binaların, Abidələrin və Tarixi Məkanların Qorunması və Bərpası İdarəsi”nin Baş direktoru Seyid Hadi Ruini bu il adı çəkilən tarixi abidənin yenidən qurulması ilə bağlı tədbirlər görüləcəyinə söz verib.

Bu isə son illər ərzində Seyid Hadi Ruininin başçılıq etdiyi idarənin və Mədəni İrs Təşkilatının qəzvinlilərə verdiyi və yerinə yetirmədikləri neçənci vəddir.

 

سردر عالی قاپو قزوین | دیدنی های قزوین | علاءالدین تراول

Qeyd edək ki, son aylar Güney Azərbaycanın tarixi abidələrinin mərkəzi hökumət və ilgili qurumların laqeydliyi nəticəsində dağılması ilə bağlı çoxsaylı faktlar mətbuatda yayınlanıb.

İranın Mədəni İrs Nazirliyinin yerli şöbələri abidələrin qorunması və yenidən qurulması ilə bağlı azərbaycanlıların çox saylı müraciətlərinə cavab olaraq büdcələrində vəsait olmadığını bildirirlər. Ancaq farsdilli əyalətlərdə abidələrin qorunması və bərpası üçün dövlət budcəsindən ayrılan külli miqdarda vəsait ayrılır. Bu onu göstərir ki, məsələ vəsait yoxluğu deyil. Sadəcə İranda hakimiyyətdə olan fars şovinistlər Azərbaycan abidələrinə qarşı biganədir və türk izinin silinməsinə çalışırlar.
 

 C.E

 

نمای کلی سر درب.JPG

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16

gun az article

Ərdəbildə siyasi məhbus Ruzbeh Piriyə dəstək aksiyası keçirilib

2021-09-16