QHT sədrləri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşdü

2021-05-19 11:22

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının təmsilçiləri Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağçı ilə görüşüb.

Gunaz.tv Quote | Gunaz article

Görüşdə Koalisiya təmsilçiləri - Tərxis Olunmuş Gənclərin Hərbiçiləri Maarifləndirmə Birliyinin sədri Emin Həsənli, Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov iştirak ediblər. 

Koalisiyanın üzvləri səfir Cahit Bağçını salamlamış, yeni vəzifəsində ona uğurlar arzulamış, fəaliyyətinin iki dövlətin dostluq, qardaşlıq münasibətlərini daha da inkişaf etdirəcəyinə inandıqlarını bildirmişlər. 

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının təmsilçiləri olan təşkilat sədrləri təmsil etdikləri ictimai təşkilatların gördükləri işlərlə yanaşı, koalisiyon şəkildə görülən çalışmalardan da bəhs ediblər. Koalisiya üzvləri bundan sonrakı fəaliyyətlərində də Türkiyə-Azərbaycan qardaşlığının, dostluğunun daha da inkişafına çalışacaqlarını vurğulayıblar. 

Türkiyə səfiri Cahit Bağçı QHT təmsilçilərinin ziyarətindən razılığını bildirib, ictimai təşkilatların iki dövlətin münasibətlərinin inkişafındakı rolundan bəhs edib. 

Səfir Türkiyə-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini açıqlayıb. O, “Qardaşlığımız Əbədidir” QHT Koalisiyanın təmsilçilərinə gələcək çalışmalarında uğurlar arzulayaraq, bu çalışmaların da önəmli olduğunu qeyd edib. 

Sonda Koalisiya sədri Emin Həsənli səfir Cahit Bağıçıya üzərində Şuşa şəhərinin fotosunun əks olunduğu xatirə hədiyyəsi təqdim edib. 

Qeyd edək ki, “Qardaşlığımız Əbədidir” QHT Koalisiyası Azərbaycanın bir qrup QHT-ləri tərəfindən 2018-ci ilin fevral ayında Azərbaycan-Türkiyə münasibətlərinə ictimai dəstək vermək, iki dövlət arasındakı münasibətləri daha da sıxlaşdırmaq üçün yaradılıb.

Koalisiyada Tərxis Olunmuş Gənclərin Hərbiçiləri Maarifləndirmə Birliyi, Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti, Gəncliyə Yardım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi, Müasir İnkişaf Birliyi, Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Könüllülük Fəaliyyətinin Təbliği gənclər birliyi təmsil olunur.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycanın Yardımlı bölgəsində meşə yanır

2021-08-02

gun az article

Avropada yoluxma sayı 60 milyonu ötdü

2021-08-02

gun az article

Milli Qəhrəman Çingiz Qurbanov haqqında film çəkildi

2021-08-02

gun az article

Baş nazir işğaldan azad edilmiş ərazilərdə kütləvi və fərdi məzar yerləri ilə bağlı tapşırıq verdi

2021-08-02

gun az article

Ermənistanda "Delta" ştammı aşkarlandı

2021-08-02

gun az article

Qarabağda daha 4 erməni hərbçinin qalıqları tapıldı

2021-08-02

gun az article

Ermənistanın yeni müdafiə naziri təyin olunub

2021-08-02

gun az article

Azərbaycanda daha 431 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

2021-08-02

gun az article

Qarabağda erməni hərbçi özünü partladaraq intihar edib

2021-08-02

gun az article

İran rəsmisi: “Vaksinasiya işini gecə başladığımız üçün xəstəlikdən gündəlik ölənlərin sayı 800 nəfərə çata bilər”

2021-08-02

gun az article

Daha 20 ölkədən Azərbaycana uçuşlara icazə verildi

2021-08-02

gun az article

Qırğızıstanın axtarışda olan keçmiş prezidenti Əsgər Akayev Bişkekə gəlib

2021-08-02

gun az article

"Delta" ştammı İranda təhlükəli hal aldı: Səhiyyə naziri Xamneyidən iki həftəlik qapanma tələb etdi

2021-08-02

gun az article

Gürcüstan azərbaycanlıları rus soyad sonluqlarından imtina edir

2021-08-02

gun az article

İntizam komissiyası deputat Eldəniz Səlimovla bağlı qərar verdi

2021-08-02

gun az article

Piter Teys: "Ermənistan törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir"

2021-08-02

gun az article

“Həqiqətin bir hissəsini xalqa danışmadıq”- Həsən Ruhani hökumətin son iclasını keçirib

2021-08-02

gun az article

Paşinyan yenidən baş nazir seçildi

2021-08-02

gun az article

Parlament çoxluğu Paşinyanın Ermənistanın Baş naziri postuna namizədliyini irəli sürüb

2021-08-02

gun az article

Antoni Blinken: “İsrailin neft tankerinə hücuma görə İran məsuliyyət daşıyır və ona lazımli cavab veriləcək”

2021-08-02