SON XƏBƏRLƏR

Qıbrısın birləşdirilməsi məsələsi yenidən gündəmə gəlib

2021.10.20, 07:36
Qıbrısın birləşdirilməsi məsələsi yenidən gündəmə gəlib

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin LiderTv-yə istinadən yaydığı məlumata görə, Bu barədə xəbər Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun dilindən çıxıb.

Qıbrıs rəhbərləri adanın yenidən birləşdirilməsi məsələsinə qayıtmaq niyyətindədirlər.  Bu münasibətlə Yunanıstan və Türkiyə tərəfi Birləşmiş Millətlər Təşkilatı çərçivəsində məsələ ilə bağlı mövcud olan maneələri aradan qaldırmağa səy göstərəcəklər.

Artıq tərəflər arasında razılaşma əldə edilib. Bu barədə xəbər isə Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun dilindən çıxıb.

Yunan Qıbrısının lideri Demetris Kristofias və onun türkiyəli həmkarı Dərviş Əroğlu ilə görüşdən sonra Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun tərəflərin qarşıda duran problemlərin həlli ilə bağlı «Praktik plan» qurmaq niyyətində olduqlarını bildirib. BMT-nin baş katibi Türkiyənini Avropa Şurasına daxil olmasına mane olan bu konfliktin həllində irəliləyişlər əldə etmək üçün Kristofias və Əroğlu ilə yanvar ayında cenevrədə yenidən görüşməyi planlaşdırır. Hələlik son danışıqların nəticələrinə görə hər iki tərəf Qıbrısın vahid federasiya kimi birləşdirməyə razıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar