SON XƏBƏRLƏR

Qoşaçayda divarlara “Abbas Lisani azad olunsun” şüarı yazılıb – VİDEO

2021.10.20, 07:36
Qoşaçayda divarlara “Abbas Lisani azad olunsun” şüarı yazılıb – VİDEO

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Əyalətində yerləşən Qoşaçay şəhərində divarlara Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Abbas Lisanının azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb.

 

Yerli milli fəallar tərəfindən yazılan şüarlarda Abbas Lisaninin ədalətsiz hökmlə həbs edilməsinə etiraz edilib, onun qeyd-şərtsiz azadlığa buraxılması tələb olunub.

 

Divarlarda ən çox “Abbas Lisani azad olunsun” şüarına rast gəlinir.

 

Ettelaat İdarəsinin ardıcıl təhdidləri və ciddi nəzarətinə rəğmən Güney Azərbaycanda tanınmış fəalın sərbəst buraxılmasını tələb edən soydaşlarımızın sayı gün keçdikcə artır, azərbaycanlılar Abbas Lisani barəsində çıxarılan həbs qərarının siyasi məqsədlərə hesablandığını düşünür.

 

Abbas Lisani iyulun 8-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il Yəzd şəhərinə sürgün cəzasına məhkum edilib.

 

Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Sonralar onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum oldu. Soydaşlarımız bu müddətdə fəalın azadlığa buraxılmasını tələb edən bir çox tədbirlər həyata keçirib.

 

Abbas Lisani quraşdırılan son dosyesi ilə bağlı saxlanma, dindirilmə və məhkəmə prosesini Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin davamı olduğunu bildirmişdir.

 

Abbas Iisani uzun illərdir ki, Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda mədəni mübarizə aparır. Şəffaf və dinc mübarizəsi ilə seçilən fəal dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

https://www.youtube.com/watch?time_continue=8&v=Q4FfuEbT6YM

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar