SON XƏBƏRLƏR

Qoşaçayın şəfalı dağ bitkiləri kürdlər tərəfindən talanır – GÖRÜNTÜ

2021.10.20, 07:36
Qoşaçayın şəfalı dağ bitkiləri kürdlər tərəfindən talanır – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Qoşaçay şəhərinə yaxın məntəqələrdə yaşayan mühacir kürdlər bölgənin insan sağlamlığı üçün yararlı olan dağ bitkilərini toplayaraq məntəqədən çıxarırlar.

 

Bu barədə Qoşaçay məntəqəsindən olan soydaşlarımız GünAz TV-yə məlumat verib.

 

İnformasiyaya görə, Mahabad (“Soyuq bulaq”) və Bukan (“Bəy kəndi”) məntəqəsində yaşayan kürdlər yaz fəsili başlayandan Qoşaçay dağlarına üz tutaraq yüksəkliklərdə bitən şəfalı bitkiləri yığmaqla məşğuldular.

 

Əksəriyyəti Barıq şəhərinin yüksəkliklərinə hücum çəkən kürdlər əllərinə keçən bütün yararlı bitkiləri talayır, bölgə əhalisi isə adlandırdıqları “kəngər” kimi nadir bitkilərin məhv olmasından narahatdır.

 

Qoşaçay əhalisi bildirir ki, yaranan vəziyyətlə bağlı Təbii Qaynaqlar və Ətraf Mühit İdarələrinə dəfələrlə müraciət olunub, lakin mənfəət axtaran fürsətçilərə qarşı təxminən heç bir tədbir alınmır. Bu o halda baş verir ki, adını çəkdiyimiz idarələr sözügedən ərazilərdə heyvan otaran bölgə əhalisinə qarşı çox ciddi tədbir alır, onları cərimə ödəməyə məcbur edirlər.

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar