SON XƏBƏRLƏR

Qoşaçaylı şagirdlər bərbad vəziyyətdə olan məktəblərdə təhsil alır - GÖRÜNTÜ

2021.10.20, 07:36
Qoşaçaylı şagirdlər bərbad vəziyyətdə olan məktəblərdə təhsil alır - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney azərbaycanın əksər bölgələrində şagirdlərin əksəriyyəti bərbad vəziyyətdə olan məktəblərdə təhsil alır. Əslində məktəblərin təhsil müəssisəsinə heç bir oxşarlığı yoxdur.

 

Sosial şəbəkələrdə Qərbi Azərbaycan Əyalətində yerləşən Qoşaçay məntəqəsinə aid şəkillər yayılıb. Məktəb binalarının təhlükəli vəziyyətdə olduğunu göstərən şəkillər internet istifadəçilərinin heyrətinə səbəb olub.

 

Məlumata görə, məktəblərdə tualetlər çox acınacaqlı vəziyyətdədir. Uşaqlar təmiz içməli su və əyləncə imkanlarından məhrumdur. Onlar təhlükəli dərs otaqlarında təhsil alır, yağış yağanda otaqlara su damır. Bütün bunlar o halda baş verir ki, İranın ən kiçik kənddə məscid tikməyə yetəri qədər vəsaiti  var.

 

Güney Azərbaycanın əksər bölgələrində məktəblər bu vəziyyətdədir. Bu barədə yerli əhali ilə yanaşı bəzi məsullar da dəfələrlə etiraz bildirib, lakin hökumət problemin həlli istiqamətində hər hansı addım atmaq fikrində deyil.

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar