SON XƏBƏRLƏR

Quantanamo həbsxanası bağlana bilər

2021.10.20, 07:36
Quantanamo həbsxanası bağlana bilər

Gunaz.tv
Quantanamo həbsxanası bağlana bilər article_1214819107.gif 2008-ci ilin sonuna 2009-cu ilin əvvəlinə kimi Quantanamodakı həbsxana bağlana bilər. Bu barədə bu gün Astanada keçirilən mətbuat konfransında ATƏT katibinin müavini və ATƏT başçısının Quantanamo üzrə xüsusi nümayəndəsi Anne-Mari Lizin bildirib. “ATƏT-in AŞ Parlament Assambleyası Quantanamonun bağlanması üzrə yol xəritəsinin və fəaliyyət planının hazırlamasını təklif edir. ABŞ prezidentliyinə olan namizədlərin ən azı ikisi öz seçkiqabağı proqramlarında Quantanamodakı həbsxananın bağlanmasını təklif edirlər”, - Anne-Mari Lizin deyib. Onun sözlərinə görə, hazırda Quantanamodakı həbsxanada 34 ölkədən olan 270 məhbus, o cümlədən Yəmən (100 nəfər), Əfqanıstan, Əlcəzair, Səudiyyə Ərəbistanı, Pakistan, Çin, Özbəkistan və Somalidən olanlar saxlanılır. ” Quantanamo həbsxanasının bağlanması üzrə fəaliyyət planının əsas prioritetini məhbusların doğma vətənlərinə qayıtması təşkil edir ki, bunu da Səudiyyə Ərəbistanı modeli əsasında etmək mümkündür”- Anne-Mari Lizin bildirib. ”Bu gün bəzi məhbusların deportasiyası ilə bağlı problemlər mövcuddur. Belə ki, bu ölkələrin hökumətləri ilə danışıqlar aparmaq imkanı yoxdur. Söhbət Çin, Özbəkistan və Somali vətəndaşları haqqında gedir”- xanım Lizin əlavə edib. //Trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar