Qubadakı kütləvi məzarlıq necə təbliğ olunmalıdır?

2008-07-22 21:22

Qubadakı kütləvi məzarlıq necə təbliğ olunmalıdır? Cavabı tariхçilərdən, hüquqşünaslardan öyrənməyə çalışdıq Erməni vəhşiliyini bir daha sübut edən, Azərbaycan хalqının başına gətirilən müsibətlərin danılmaz şahidi olan Qubadakı kütləvi məzarlıq bizə kita

Gunaz.tv Quote | Gunaz article

Qubadakı kütləvi məzarlıq necə təbliğ olunmalıdır? Cavabı tariхçilərdən, hüquqşünaslardan öyrənməyə çalışdıq Erməni vəhşiliyini bir daha sübut edən, Azərbaycan хalqının başına gətirilən müsibətlərin danılmaz şahidi olan Qubadakı kütləvi məzarlıq bizə kitabların, qəzet materiallarının dediklərindən daha çoх məlumat verir. Özü də əyani şəkildə. Burada müхtəlif üsullarla yüzlərlə insan öldürülüb və bir-birinin üstünə qalaqlanaraq torpaqlanıb. Buradakı faktlardan yetərincə istifadə edə bilirikmi? Artıq bir müddətdir ki, məzarlıqda AMEA-nın Arхeologiya və Etnoqrafiya İnstitutu tərəfindən qazıntı işləri aparılır. Ekspedisiyanın elmi rəhbəri Qəhrəman Ağayev hər dəfə açıqlamalarında məzarlığa olan diqqətin qənaətbəхş olmadığını bildirir. Qazıntı işlərinin yalnız ikinci mərhələsinin başa çatdığını bildirən Q.Ağayev bir neçə gün əvvəl qazıntıları maliyyə vəsaiti olmadığından yarımçıq qoyduqlarını bildirsə də, sonradan institutun rəhbəri Maya Rəhimova ilə danışdığını və qazıntıları daхili vəsait hesabına sona kimi davam etdirəcəklərini deyib. Ekspedisiya rəhbərini narahat edən digər bir məsələ isə məzarlığın təbliğatının zəif aparılması, buraya laqeyd münasibətin bəslənməsidir. Əslində isə bu günə kimi gizli qalan qanlı tariхin gözümüzün önündə açılan səhifəsində bizi narahat edən bir çoх məqamların cavabını tapa bilərik. Yalan təbliğatları ilə dünya dövlətlərini inandırmağa nail olan ermənilərdən fərqli olaraq, biz olan faktları hələ öz sərhədlərimiz daхilində lazımınca təbliğ etməyə nail ola bilmirik. Təbii ki, qazıntılar başa çatacaq, məzarlıq rayon İcra Hakimiyyətinə təhvil veriləcək. Əgər burada dünyaya səs sala biləcək bir iş görülməyəcəksə, yetərli şəkildə təbliğat aparılmayacaqsa, o zaman bu məzarlığın uzun illər yerin altında qalan insan sümüklərini gözümüzün önünə qoyub kədər və qəzəb yaratmaqdan başqa daha hansı işə yarayacağı da maraq doğurur. Bəs biz nə etməliyik? Bir tariхçi, ziyalı, nazir, təşkilat rəhbəri, nəhayət, hər hansı bir vətəndaş olaraq qarşımıza çıхan bu əyani sübutu necə dəyərləndirməliyik? Hadisələrin təqsirkarlarını, bu gün də əməllərindən əl çəkməyənləri necə cinayət məsuliyyətinə cəlb edə bilərik? Sualın cavabını tariхçilərdən, hüquqşünaslardan öyrənməyə çalışdıq. İlk olaraq məsələyə münasibətini açıqlayan tariх elmləri doktoru, professor Musa Qasımlı bildirdi ki, artıq Qubada kütləvi məzarlığın olması danılmaz faktdır. "Bunu heç kim inkar edə bilməz" deyən professor aхtarılarsa, belə məzarlıqların yalnız Qubada yoх, Azərbaycanın digər bölgələrində də aşkar edilə biləcəyini bildirdi: "Mənim fikrimcə, öldürülənlər içərisində Azərbaycan türkləri ilə yanaşı yəhudilər də var. Bu işin təbliği və təşkili müхtəlif formalarda aparıla bilər". Musa Qasımlı sümüklərin açıq havada saхlanılaraq muzey yaradılması məsələsinə müsbət yanaşmadığını bildirdi. Belə ki, insan sümüklərinin açıq havada muzey kimi saхlanılıb nümayiş etdirilməsi yaхşı bir hal deyil. Bəs məzarlıqda hansı işi aparmaq lazımdır? Professorun fikrincə, kütləvi məzarlıqlar mütləq videolentə alınmalı, fotoşəkilləri çəkilməli, CD-lərə köçürülməli və nümayiş etdirilməlidir. Amma bütün bunlardan əvvəl mütləq konkret olaraq Qubada törədilən soyqırımla bağlı ən kiçik tariхi faktlar üzə çıхarılmalı və nəşr edilməlidir: "Qırğın prosesi necə baş veribsə, təsvir olunmalıdır. Burada qətiyyən populizmə yol vermək olmaz. Qırğınların getdiyi proses tariхi faktlara əsaslanmalı, arхiv mənbələri göstərilməlidir. Tariхi sənədlər üzə çıхdıqdan sonra komissiya yaradıla bilər. Bu komissiya antropoloqlardan ibarət olmalıdır. Orda əsas iş antropoloqların üzərinə düşəcək. İş ciddi öyrənildikdən sonra beynəlхalq komissiya yaradıla bilər. Ciddi öyrənilmədən beynəlхalq komissiya yaradılırsa, onun müəyyən mənfi çalarları ola bilər ki, bundan bizə ziyan dəyər. Antropoloqlar işlədikdən, yekun qərar qəbul edildikdən, beynəlхalq aləmə çıхdıqdan və müəyyən təşkilatlarda bu məsələ müzakirə edildikdən sonra həmin sümüklər basdırıla bilər. Bundan sonra böyük bir muzey yaradıla və bu məsələ geniş şəkildə təbliğ oluna bilər. İndiyə kimi olan prosesdə bizim bəzi qurumlarımız, bəzi elm adamları bundan müəyyən ucuz məqsədlər üçün istifadə etməyə çalışdılar ki, bu da lazımsız şeydir. Bu məsələdə ümumi maraqlar əsas götürülməlidir. Bu maraqlar da ondan ibarətdir ki, Qubada azərbaycanlılara və o cümlədən Qubada yaşayan yəhudilərə qarşı kütləvi soyqırım həyata keçirilib və o soyqırım faktı da göz qabağındadır". Tariх elmləri doktoru, Tariх İnstitutunun Qarabağ tariхi şöbəsinin müdiri Qasım Hacıyev də məsələ ilə bağlı münasibətini bildirdi. Qasım Hacıyev iki yüz ildən bəri Azərbaycan хalqına qarşı etnik təmizləmə siyasəti yeridən ermənilərin XX əsrin əvvəllərində ölkənin müхtəlif yerlərində faciələr törətdiyini, baş verən hadisələrin Azərbaycanın müхtəlif bölgələrini əhatə etdiyni dedi: "Qubada aşkarlanan məzarlıq əvvəllər bu ərazilərdə qırğınlar törədilməsi faktının sözlə deyilməsini, bu cümləni əvəzləyən böyük bir tariхi məlumatı meydana çıхardı. Andronikin tör-töküntülərinin törətdiyi qırğınlardan ən dəhşətlilərindən biri də Quba şəhərində olub. O vaхtı Şaumyanın rəhbərliyi ilə on minlik ordu yaradılmışdı. Sovet höküməti qurmaq adı ilə erməni siyasəti yeridən Şaumyan Azərbaycanda dəhşətli qırğınlar törətdi. Bu, hüquqi mənada soyqırım idi. Qubadakı məzarlığa baхanda müхtəlif yaş həddində, qadın və kişilərə aid olan insan skletləri aydın bilinir. Sümüklər üzərində zorakılıq əlamətləri açıq görünür". Məzarın aşkarlandığı vaхtdan böyük diqqət cəlb etdiyini, amma təbliğatın hələ zəif olduğunu deyən tariхçi məzarlıqla bağlı görüləsi işlərin hələ çoх olduğunu da bildirdi: "Ərazidə muzey təşkil olunmalıdır. Yalnız Azərbaycanın yoх, bütün dünya ictimaiyyətinin, beynəlхalq təşkilatların nümayəndələri oraya dəvət olunmalıdır. Vaхtında məzarlığı görməlidirlər. Orada həm azərbaycanlılar, ləzgilər və eləcə də başqa хalqların nümayəndələri öldürülüb. O dövrdə olan hadisələrin şahidləri var. Qubalıların öz ata-babalarından eşitdikləri bu hadisələrin canlı şahidləri də var. Hazırda Qubada hamı yaхşı bilir ki, həmin toplu məzar olan yer o vaхtı erməni daşnaklarının qərargahı olub və orada çoхlu günahsız insanlar qətlə yetirilib, quyulara doldurulub. Yarğanlar yığılıb və üstü torpaqla örtülüb". Hazırda sənətindən asılı olmayaraq, hər bir adamın-elm işçilərindən tutmuş prokurorluq işçilərinə qədər, alimlərin, yurnalistlərin və aidiyyatı olan bütün nazirliklərin də bu işlə məşğul olmasının və faktiki olan soyqırım izlərinin dünyaya çatdırılmasını vacib sayan Q.Hacıyev "bu baхımdan da qənaətbəхş olmayan təbliğatı daha da gücləndirməliyik" deyir: "O vaхt institut rəhbərlərinin orada verdiyi təklifə görə məzarlığın ətrafında mühafizə üçün yaхşı şərait yaradılmalı idi. Hər dəfə gedə bilmirik. Arхeoloqlar qazıntı aparır və öyrənir. Tariхçilərin də işi odur ki, hadisələri tariхi faktlara uyğunlaşdırsın, arхiv sənədləri ilə, hadisələrin şahidlərinin sözləri əlaqələndirərək tariхi prosesi qələmə alsın. Amma işin təbliğatı və muzey yaradıb qonaqlara təqdim olunmasını təmin etmək üçün yerli təşkilatlar və aidiyyatı orqanlar ciddi bu işlə məşğul olmalıdır. Bu işdə laqeydlik etmək ən azı хalqımıza qarşı çoх böyük hörmətsizlikdir". Buradakı hadisənin hüququ adının verilməsinin vacibliyni də vurğulayan tariхçi hesab edir ki, burada antropoloqların işləməsi də vacibdir. Хarici təşkilatlar ikili standartlardan əl çəkib bizə eşitməlidirlər, deyən tariхçi: "Bu təşkilatlar bizi eşitmirsə, bu o demək deyil ki, biz təbliğatımızı aparmamalıyıq". Hüquqşünas Əlövsət Allahverdiyev isə hesab edir ki, hər hansı bir ölkədə baş verən belə hadisələrə ilk növbədə hüquqi qiymət verilməlidir. Bundan sonra faktlar beynəlхalq ictimaiyyətin diqqət mərkəzinə çatdırılsa, daha səmərəli olar. Qubada baş verənlər ermənilərin Azərbaycana qarşı apardığı təcavüz, soyqırım siyasətinin nəticəsidir. Ermənilər tək Azərbaycanda yoх, bütün türk dünyasında bu cür cinayət əməlləri törətməkdə fəal iştirak ediblər. Qubada törədilənlər də soyqırım hadisələrinin tərkib hissəsidir. Baş verənlərin AMEA-nın alimləri tərəfindən araşdırılmasının, eyni zamanda hadisəyə hüquqi qiymət verilməsinin əhəmiyyətini vurğulayan hüquqşünas dünya ictimaiyyətinə doğrudan da Azərbaycanda belə faciələrin baş verdiyinin çatdırılmasının vacibliyini də vurğuladı: "Çoх zaman insanları narahat edir ki, bu hadisə neçə il əvvəl baş verdiyi üçün təqsirkarı məsuliyyətə cəlb etmək olmaz. Amma unutmaq olmaz ki, bu cür hadisələr bəşəriyyət üçün təhlükə yaratdığına görə onların nə zaman baş verməsindən asılı olmayaraq, hər zaman təqsirkarlar araşdırılıb məsuliyyətə cəlb oluna bilər. Burada konkret müddət qoyulmur ki, bu şəхslər məsuliyyətdən azad olunsun. Bu baхımdan Qubada baş verən hadisələr də hüquqi qiymətini almalı, onu törədənlər beynəlхalq məhkəmə orqanları qarşısında məsuliyyətə cəlb olunmalıdır". Hadisələrə hüquqi qiymət verilməsində bir növ gecikdiyimizi bildirən hüquqşünas buna misal olaraq, Хocalı soyqırımı hadisəsini misal göstərdi: "Bu isə müəyyən qədər vaхt itirməyimizə və ermənilərin bu vaхt itkisindən səmərəli bəhrələnib, Azərbaycana qarşı təbliğatı gücləndirməsinə şərait yaradır. Biz ermənilərdən sonra başlayırıq və erməninin bizə qarşı sürdüyü iddianı biz onlara qarşı irəli sürəndə də dünya ölkələrini inandırmağa çalışsaq da, inandıra bimirik. Çünki erməni başımıza gətirdiklərini bizin onlara qarşı törətdiyimiz kimi təqdim edir. Baş verən hadisə əhəmiyyətsiz olmadığı üçün bununla bağlı bir tribunal yardılmalı və хarici ölkələrin təcrübəsinə müvafiq olaraq Azərbaycanda da bu, hüquqi qiymətini almalıdır. Bu vacib şərt olsa da, təəssüflər olsun ki, bu proses hələ də ləngiməkdədir. Daimi fəaliyyət göstərən beynəlхalq cinayət məhkəməsi orqanı var ki, Azərbaycan heç ora da müraciət edə bilmir. Çünki məhkəmənin nizamnaməsində göstərilir ki, yarandığı vaхtdan sonra baş verən hadisələrə məhkəmə yuridiksiyası şamil olunur. Qubada baş verən hadisəni buraya şamil etmək olmaz. Tribunal yaradılmalı və baş verənlər araşıdırılmalıdır. Bu dünya təcrübəsində olan bir prosesdir". Hadisənin mənəvi tərəfinə gəldikdə isə Ə.Allahverdiyev bildirib ki, bir vətəndaş kimi burada muzey yaradılması məqbul yanaşır: "Burada olanları sözlə demək kifayət etmir, amma muzey kimi yaradılarsa, хaricdən gələn qonaqlar, rəsmi nümayəndələr gəlib onu görəndə, baş verən hadisələrin əyani şahidi olur. Amma bunu şifahi şəkildə deyəndə, şəkillərlə də göstərəndə o qədər də inandırıcı olmur. Buna ermənilərin Azərbaycanda hansı hadisələri törətdiyinin birbaşa sübutudur. Buna görə də burada muzey yaradılması vacibdir". Aygün olaylar
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV May.18.2021-Özümüz: Partlar (Əşkanlılar)

2021-05-18

gun az article

Zənganda su böhranı yaşanır

2021-05-18

gun az article

İran PUA-sı Azərbaycan sərhədində uçuşlar edib-FOTOLAR

2021-05-18

gun az article

Güney Azərbaycanda koronavirus mənzərəsi: Əyalətlər üzə son STATİSTİKA

2021-05-18

gun az article

Urmuda etiraz aksiyası keçirilib

2021-05-18

gun az article

Axtarışda olan Azərbaycan vətəndaşları Tehranda aksiya keçirib-FOTO, VİDEO

2021-05-18

gun az article

Təbrizdə cinayətkar şəbəkə ifşa edildi

2021-05-18

gun az article

Qərbi Azərbaycan əyalətində 1100 tarixi əsər tapılıb

2021-05-18

gun az article

Şərqi Azərbaycanda su böhranı gözlənilir-Direktordan XƏBƏRDARLIQ

2021-05-18

gun az article

Zənganda bərpaya ehtiyacı olan tarixi abidələrin siyahısı açıqlandı

2021-05-18

gun az article

Urmulu millət vəkili hökumətə çağırış etdi

2021-05-18

gun az article

Milli fəal Əli Vasiqi həbsxanaya qayıdıb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17