SON XƏBƏRLƏR

Qulam Quluzadə Urmiyə zindanından müvəqqəti azadlığa buraxılıb

2021.10.20, 07:36
Qulam Quluzadə Urmiyə zindanından müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Qulam Quluzadə 25 gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

İyulun 29-da Urmiyə zindanından azadlığa buraxılan fəalın hansı ittihamla saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.

 

Urmiyəli fəal iyulun 5-də Babək qalası yürüşünə gedərkən Kəleybər şəhərinin girişində saxlanılıb. Onun yaxalanarkən təhlükəsizlik qüvvələri tərəfindən döyülərək işgəncə edildiyi bildirilir. Məlumata görə, əlləri qandallı şəkildə döyülən fəalın işgəncələrdən ürəyi gedib, o bu səbəbdən Kəleybər Polis İdarəsinin poliklinikasına aparılıb və bir gecə həkim nəzarəti altında qalıb.

 

Fəalın Urmiyədə saxlandığı müddətdə də ağır işgəncə edildiyi və dişlərinin qırıldığı bildirilir.

 

Q.Quluzadə bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

İranın təhlükəsizlik qüvvələri iyulun 5-i və 6-da keçirilən ənənəvi Babək qalası yürüşünə bir neçə gün qalmış milli-mədəni fəalların ev və ya iş yerlərinə hücum çəkərək onlarla fəalı yaxalayıb, bir neçə fəal isə qalada saxlanılıb. Fəalların əksəriyyəti yaxalanarkən və saxlandıqları müddətdə ruhi və cismi işgəncələrə məruz qalıb. 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar