SON XƏBƏRLƏR

Qumda koronavirusa yoluxanlar və xəstəlikdən ölənlər arasında çoxlu sayda tibbi personal da var

2021.10.20, 07:36
Qumda koronavirusa yoluxanlar və xəstəlikdən ölənlər arasında çoxlu sayda tibbi personal da var

Gunaz.tv

GünAz TV: Qum əyalətində koronavirusa yoluxanların 40-ı həkim, 130-u isə tibb bacısıdır.

 

Qum Tibb Elmləri İnstitutunun yaydığı məlumata əsasən, bu günə qədər virusa yoluxmuş 2 tibb bacısı isə dünyasını dəyişib.

 

Qeyd etmək lazımdır ki, İranda koronavirus pandemiyası ilkin olaraq Qumdan yayılmağa başlamışdı. Fevralın 19-da Qum şəhərinin iki sakininin ölməsindən sonra İran Səhiyyə Nazirliyi onların ölüm səbəbinin koronavirus olduğunu bəyan etmişdi.

 

Bundan sonra çağırışlara rəğmən, dövlətin Qumu karantinə almaması nəticəsində virus sürətlə digər əyalətlərə də yayılmağa başladı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar