SON XƏBƏRLƏR

Hüquq müdafiəçisi Nərgiz Məhəmmədi yenidən həbsxanaya çağırılıb

2022.03.08, 05:45
Hüquq müdafiəçisi Nərgiz Məhəmmədi yenidən həbsxanaya çağırılıb

Gunaz.tv

Bu barədə siyasi fəal və Nərgiz Məhəmmədinin həyat yoldaşı Tağı Rəhmani “Radio Farda”ya açıqlamasında bildirib.

O, deyib ki, bu barədə məhkumun vəkilinə həbsxanadan məlumat verilib.

Məhkəmə rəsmilərinin fikrincə, hüquq müdafiəçisi öz cəzasını çəkmək üçün ən pis həbsxanaya qayıtmalıdır. 

Rəhmani bildirib ki, həkimlər Nərgiz Məhəmmədinin sağalması üçün daha uzun zamana ehtiyac olduğunu deyib.

Nərgiz Məhəmmədi iflic, əzələ spazmı, ürək-damar çatışmazlığı xəsətliklərindən əziyyət çəkir. O, bu xəstəlikləri həbsxanada "qazanıb".

Azərbaycanlı fəalın həyat yoldaşı deyib ki, Nərgiz Məhəmmədi zindanda uşaqları ilə telefon danışığı hüququndan istifadə etmək üçün aclıq aksiyasına başladıqdan sonra, təhlükəsizlik məmurları onu susdurmaq üçün müxtəlif basqılar göstərib.

Onlar bu yolla fəaldan və onun ailəsindən qısas alırlar.

Qeyd edək ki, zənganlı jurnalist və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi yanvarın 15-də Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsinin çıxardığı qərara görə 8 il həbsə və 70 şallaq zərbəsinə məhkum edilib. 

Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan və iki uşaq anası olan Nərgiz Məhəmmədi bundan əvvəl insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı dinc fəaliyyətlərinə görə dəfələrlə həbsə salınıb.

Rejim məmurları tərəfindən mütəmadi olaraq, təhdid edilərək təzyiqlərə məruz qalıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar