Quraqlıq Ərdəbil əkinçilərini müflis edib

2021-06-30 13:20

Quraqlıq Ərdəbil əyalətində aqrar sektora böyük zərbə vurub.

Gunaz.tv Quote | Gunaz article

Əyalətin Kənd Təsərrüfatı İdarəsinin başqanı Xəlil Nikşad cari məhsul ilində Ərdəbil əkinçiləri və bağbanlarının böyük məbləğdə ziyan etdiklərini deyib.

O, bildirib ki, qış və yaz aylarında yağıntıların azalması, quraqlığın hökm sürməsi və havaların şiddətli səviyyədə istiləşməsi əyalətin kənd təsərrüfatı sahəsinə, özəlliklə əkinçi və bağçılara 4 min milyard tümən məbləğində ziyan vurub.

Kənd Təsərrüfatı İdarəsinin başqanı bununla yanaşı quraqlıq səbəbindən otlaqların quruması və yem otlarının istehsalının azalması nəticəsində Ərdəbil əyalətində heyvandarlıq sahəsinin də zərər gördüyünü qeyd edib.

Xəlil Nikşad maddi zərərlə bağlı verilən rəqəmin təxmini olduğunu və dəqiq araşdırmalar aparıldıqdan sonra dəyən ziyanın həcminin tam aydın olacağını, təxmin edilən 4 min milyard tüməndən daha çox ziyanın baş verdiyinin ehtimal edildiyini bildirib.

O, deyib ki, bu ilin yaz fəslinin ilk aylarında yağıntılar ötən ilin müvafiq dövürünə nisbətən 70% azalıb. Eyni halda sonrakı aylarda düşən yağıntı miqdarı da cüzi olduğu üçün bölgənin əkinçilik və bağçılıq sahələrinin dirçəlməsi, otlaqların canlanması üçün yetərli olmayıb.

 X.Nikşad bütün bunların qarşıda daha şiddətli quraqlığın olacağına və görünməmiş su qıtlığı böhranının baş verəcəyinə işarə olduğunu bildirib.

Qeyd edək ki. son illər, özəlliklə cari ildə İranın çox bölgələrində, özəlliklə Güney Azərbaycan əyalətlərində ciddi quraqlıq və su qıtlığı müşahidə olunur.

Əlaqədar qurumlar və məsullar su böhranı ilə bağlı bütün problemləri quraqlıqla bağlayırlar. Ancaq mütəxəssislər hesab edir ki, su böhranının əsas səbəbi su təsərrüfatında yanlış idarəetmədir.

Cari ayın birinci yarısında İranın 13-cü dövr prezidentliyinə namizəd İbrahim Rəisi Urmu şəhərində seçki qabağı təşviqat kampaniyası zamanı bu problemdən danışmışdı.

"Ölkədə iddia olunduğu kimi su qıtlığı yoxdur. Problem mövcud su qaynaqlarının düzgün idarə edilməsindədir"-deyə, İ.Rəisi bildirmişdi.

 

C.E


Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:  
Ərdəbilin Yamçı su anbarının 70 faizi boşdur

İran rəsmisi: “Əyalətlər arasında artıq su müharibəsi başlayıb”

Xiyavda içməli su qıtlığı: Qadınlar yolu bağladı-VİDEO-FOTO

Prezidentliyə namizəd İbrahim Rəisi Urmu gölünün bərpasından danışıb

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16