Quzey Xorasan əyalətinin “İsfərayin” şəhəri yaxınlığında əski türk əlifbası, orxun-yenisey əlifbasında daş kitabələr toplusu aşkarlanıb. Bu tapıntı doktor “Əli Əsgər Tahiri Səfiabadi”nin əməyi nəticəsində baş verib.
Gunaz.tv
İran coğrafiyasının mərkəzində yerləşən Xomeynin “Timura” və “Kaftarlı” bölgələrində türk tarixi əsərlərinin tapıntısından sonra, bu dəfə adı çəkilən əsərlərin oxşarı Quzey Xorasan əyalətinin “İsfərayin” şəhəri yaxınlığında yerləşən “Bam” və “Səfiabad” bölgələrində tapılıb.
Əski türk əlifbası olan Orxun əlifbasında yazılan bu kətibələrin neçə min illik tarixi var. Bu, min illər boyu türklərin İran Yaylasının hər yerində olduqlarını göstərir.
Təəssüflə bu kitabələrin aradan getmək təhlükəsi var. Xorasan türkləri kitabələrin dağılmasının qarşısını almaq və onları qorumaq üçün kampaniya başladıblar.
C.E