SON XƏBƏRLƏR

Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb

2021.10.20, 07:36
Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb

Gunaz.tv

GünAz TV : Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb.

 

Bundan əvvəl mediada 65 nəfərin öldüyü barədə məlumat yayılmışdır.

 

Qvatemala Milli Fövqәladә Hallar İdarәsinin yaydığı  mәlumata görə, vulkana yaxın yaşayış məntəqələrindən azı 3 min 100 nəfər təxliyyə edilib.

 

Təbii fəlakət nәticәsindә  1,7 milyon insanın zәrәr gördüyü bildirilib.

 

Axtarış-xilasetmә әmәliyyatlarının davam etdirildiyi vurğulanıb.

 

Qeyd edәk ki,  Qvatemalanın paytaxtından 40 km aralıda yerləşən vulkan iyunun 3-dən püskürməyə başlayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar