SON XƏBƏRLƏR

Tanınmış ərəb ziyalısı 21 Azərlə bağlı bəyanat yaydı: "Pişəvərinin qaladığı ocaq qaranlıq gecələrimizi işıqlandırıb"

2021.12.13, 13:05
Tanınmış ərəb ziyalısı 21 Azərlə bağlı bəyanat yaydı: "Pişəvərinin qaladığı ocaq qaranlıq gecələrimizi işıqlandırıb"

Gunaz.tv

“Azərbaycanın mübarizə ocağı alovlu olsun"

Seyid Cəfər Pişəvəri sən ölməyibsən, olmadığında belə varsan. Sən yalnız Təbriz, Ərdəbil, Zənganda deyil, eyni halda Məhmərə, Xəfaciyyə və Əhvazda da bizimləsən.

Sənin qaladığın ocaq bizim qanlı və qaranlıq gecələrimizi işıqlandırıb.

Sənin övladların adını bağıraraq verdiyin dərsləri Təbriz küçələrində təkrar etdilər. Azərbaycan-Əl-Əhvaz-İttihad"-Yusif Əzizi Bənitörəf özünün sosial mediada paylaşdığı təbrik mesajında belə yazıb.

Yusif Əzizi Bənitörəf qeyd edib ki, birlik ideyası yeni mərhələnin başlanğıcı olacaq.

"İttihad şüarı İran tarixində yeni dönüş nöqtəsi olacaq. Lənətlənmiş Pəhləvi rejimi sənin minlərlə sənin minlərlə soydaşını qətlə yetirsədə düşüncələrini məhv edə bilmədilər.

Mərkəzçilərin, dinçilərin və bir dilliliyi təhmil etmək istəyənlərə qarşı sənin mübarizən davam edir. Sən dirisən"-deyə, tanınmış ziyalı bildirib.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar