İrəc Hərirçi: “Ölkədə hər 13 dəqiqədə 1 nəfər koronavirusdan ölür. Xəstəliklə bağlı təcrübəmizi Azərbaycan Respublikası ilə bölüşməyə hazırıq”

2020-06-28 16:01

İran səhiyyə nazirinin müavini İrəc Hərirçi iyunun 27-də jurnalistlərlə keçirdiyi video-konfransda ölkədə sürətlə yayılmaqda olan koronavirusdan və virus daşıyıcılarının sayının anbaan artmasından danışıb.

Gunaz.tv Quote | Gunaz article


O bildirib ki, “Covid-19” infeksiyasının yayılmasının qarşısını almaq üçün ölkə vətəndaşları bir-birindən məsafə saxlamalı, maska taxmalı, gigiyena qaydalarına riayət etməli və İran Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl etməlidirlər: “Təəssüflər olsun ki, İranda hazırda hər 33 saniyədə 1 nəfər koronavirusa yoluxur, hər 13 dəqiqədə isə 1 vətəndaşımız pandemiya xəstəliyindən həyatını itirir. Bu isə təhlükə siqnalıdır. Daha doğrusu, bu siqnal maska taxmanın və məsafə saxlamağın nə qədər vacib olduğunu göstərir. 

 

Nəzərə almaq lazımdır ki, viris daşıyıcısı olan  və başqalarından məsafə saxlama qaydalarına riayət etməyən hər bir şəxs, istər birbaşa, istərsə də dolayı yollarla ən azı 406 nəfəri infeksiyaya yoluxdura bilər. Bu isə yolverilməzdir” -deyə, İran səhiyyə nazirinin müavini İrəc Hərirçi bəyan edib.

 

İrac Hərirçi, həmçinin jurnalistlərdən birinin qonşu ölkələrdə, o cümlədən də Azərbaycan Respublikasında koronavirusun yayılması ilə bağlı vəziyyətlə bağlı verdiyi sualı da cavablandıraraq, İranın xəstəliklə bağlı əldə etdiyi təcrübəsini Azərbaycan Respublikası hökuməti ilə bölüşməyə hazır olauğunu bildirib: “Biz, qonşu ölkələrdə xəstəliklə bağlı vəziyyəti izləyirik. Çünki “Covid-19” infeksiyası regiona öz təsirini göstərən beynəlxalq bir pandemiya xəstəliyidir. Elə buna görədə, nə qədər ki, dünyanın hər hansı bir ölkəsində xəstəliyin hətta bircə nümunəsi belə müşahidə edilirsə, bütün dünya əhalisi və dövlətlər ayıq olmalı, virusun yenidən yayılmasının qarşısını almalıdırlar. 

 

Ümid edirik ki, Azərbaycan hökumətinin koronavirusla mübarizədə gördüyü tədbirlər, xəstəliyin yayılmasının qarşısını almaqda təsirli olacaq. Bununla belə, İran Səhiyyə Nazirliyi ehtiyac duyulduğu zaman Azərbaycan Respublikasındakı bacı-qardaşlarına istənilən yardımı göstərməyə tam hazırdır.

 

Bizim koronavirusla mübarizədə əldə etdiyimiz uğurlu təcrübələrimiz var və bu istiqamətdə öz təcrübəmizi Azərbaycan Respublikasındakı dostlarımızla və digər ölkələrlə bölüşməyə tam hazırıq. Zərurət yaranarsa, bu ölkələrə mütəxəssis qruplar, eləcə də xəstələrdən test nümunələri götürmək üçün tibbi avadanlıq və digər ləvazimatlar göndərə bilərik” -deyə, İrəc Hərirçi bildirib.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda dolların məzənnəsi 21 min tüməni keçib

2020-07-04

gun az article

Ruhani maska taxmayanlara dövlət idarələrində xidmət göstərilməməsini istəyib

2020-07-04

gun az article

İranda daha 2449 nəfər koronavirusa yoluxub, 148 nəfər ölüb

2020-07-04

gun az article

İran rəsmisi: "İndiyədək ölkədə 18 milyon insanın koronavirusa yoluxduğu təxmin edilir"

2020-07-04

gun az article

Ukrayna təyyarəsilə bağlı səs yazısı: "Sepahın hücumuna görə Tehran səması bağlanmamışdı"

2020-07-04

gun az article

GünazTV July.03.2020: “ “Amerikanın kəşfiyyat rəhbərləri Konqresdə Rusiya iddiaları ilə bağlı açıqlama etdi”

2020-07-03

gun az article

İranın İraqdakı yaraqlı qruplaşmalara göstərdiyi kömək kəskin dərəcədə azalıb

2020-07-03

gun az article

ABŞ Dövlət Departamenti: “Nətənz təsisatındakı yanğın göstərdi ki, İran rejimi nüvə proqramını xalqın ehtiyaclarından üstün tutur”

2020-07-03

gun az article

Ukrayna təyyarəsi qurbanlarının ailələri: "Araşdırmalar aparılmadan kompensasiyanı qəbul etməyəcəyik"

2020-07-03

gun az article

İranda plastik əməliyyatlar qadağan edilib

2020-07-03

gun az article

İranda daha 154 nəfər koronavirusdan ölüb, 2566 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilib

2020-07-03

gun az article

İran Ukrayna təyyarəsinin qurbanlarına görə kompensasiya ödəyəcək

2020-07-03

gun az article

İranlı rəsmi: “Loristanda yaşı 60-dan yuxarı olan xəstələr arasında ölənlərin sayı eksponent olaraq artır”

2020-07-03

gun az article

İranın Nətənz nüvə təsisatındakı yanğını bu qruplaşma törədib

2020-07-02

gun az article

GünazTV July.02.2020: “Əgər İran Çin və Rusiya kimi ölkələrdən güclü silahlar ala bilsə bu halda Orta Doğudakı insanlar üçün fəlakət başlayacaq.

2020-07-02

gun az article

Tehranda evlərin qiyməti 121% bahalaşıb

2020-07-02

gun az article

Tehranın Antropologiya Muzeyinin bütün eksponatları oğurlanıb

2020-07-02

gun az article

İranda daha 148 nəfər koronavirusdan ölüb, 2652 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-07-02

gun az article

Huk Avstriya və MAQATE-nin rəsmiləri ilə İran mövzusunda müzakirələr aparıb

2020-07-02

gun az article

İrandan Türkiyəyə qaz ixracatı bərpa olunub

2020-07-02