SON XƏBƏRLƏR

Kərəc zindanında məhbus öldürülüb

2022.06.02, 05:10
Kərəc zindanında məhbus öldürülüb

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat verib.

Məlumatda 70 yaşlı Cavad Əmirxani Tusinin xəstə olmasına, dəfələrlə zindanın tibb işçiləri və məsullarına müraciət etməsi üçün onun müayinə və müalicəsinə icazə verilmədiyi üçün ölüb.

Ölən məhkumun kamera yoldaşlarının verdiyi məlumata görə, zindan rəhbərliyi  bundan öncə 11 il həbs cəzasına məhkum edilən Tusi qan infeksiyası səbəbindən həyatını itirdiyini bildirib.

Qeyd edək ki, aprelin 12-də Beynəlxalq Əfv Təşkilatı İran zindanları ilə bağlı yayınladığı 108 səhifəlik hesabatda “İran hökuməti həbsxanaları bilərəkdən məhbuslar üçün ölüm otaqlarına çevirib”-deyə, bildirib. 

Təşkilatın hesabatında bildirilir ki, rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-i Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin zindanında qeydə alınıb. 

Cavidan  
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar