SON XƏBƏRLƏR

Kərəc zindanında məhbuslar döyülüb

2022.05.04, 08:28
Kərəc zindanında məhbuslar döyülüb

Gunaz.tv

Bu barədə Siyasi və Mədəni Məhbusları Müdafiə Kampaniyası məlumat yayıb.

Bildirilir ki, həbsxananın bölmələrindən birinə hücum edən polislər məhkumların şəxsi əşyalarını dağıdıb, bir neçə məhbusu da vəhşicəsinə döyüblər.

İşgəncə zamanı elektroşokdan da istifadə edilib. Vəhşicəsinə döyülən məhbuslardan birinin ağır xəsarət alıb. O, ağır vəziyyətdə təkadamlıq kameraya köçürülüb. 

Hücumun zindana nəzarət edən hakim Hüseynzadə və zindanın Mühafizə bölməsinin rəisi Nadiminin göstərişi ilə baş tutduğu deyilir.

Bildirilir ki, vəzifəyə yeni təyin edilən Nadimi çox sayda siyasi məhbusun saxlanıldığı zindanda məhkumlara ağır günlər yaşadacağına söz verib.

“Zindanın Mühafizə Bölməsinin başçısı Nadimi vəzifəyə təyin olunduqdan sonra məhbuslara hədə-qorxu gələrək onlara daha ağır günlər yaşadacağına söz verib”-deyə, Siyasi və Mədəni Məhbusları Müdafiə Kampaniyasının yaydığı məlumatda qeyd olunub. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar