SON XƏBƏRLƏR

Kərəc zindanında məhkum intihar edib

2022.06.26, 18:42
Kərəc zindanında məhkum intihar edib

Gunaz.tv

Məlumatda 35 yaşlı məhbus Səməd Zalinin əslən Loristan əyalətinin Felqan şəhərindən olduğu bildirilir.

Məlumata görə, məhkum iyunun 18-də intihar edib. Lakin zindan rəhbərliyi bu barədə gec məlumat verib.

Məlumatlı mənbənin verdiyi xəbərə görə, Səməd Zali narkotik alveri ittihamı ilə edam cəzasına məhkum olunub.

Mənbə bildirir ki, Zali özünü günahkar bilmədiyini, onu haqsız yerə ittiham etdiklərinə etiraz olaraq son bir ayda iki dəfə intihara cəhd göstərib.

Lakin onun işinə yenidən baxılması ilə bağlı müraciətinə əhəmiyyət verilməyib.

Qeyd edək ki, aprelin 12-də Beynəlxalq Əfv Təşkilatı İran zindanları ilə bağlı yayınladığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.

“İran hökuməti həbsxanaları bilərəkdən məhbuslar üçün ölüm otaqlarına çevirib”-deyə, hesabatda qeyd olunub. 

Hesabatda bildirilir ki, rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-i Urmu şəhər zindanının "payına düşür".  

Cavidan  
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar