SON XƏBƏRLƏR

Kərəcdə azərbaycanlı gənc Milad Əşrəfi Atbatan edam edilib

2022.12.05, 07:11
Kərəcdə azərbaycanlı gənc Milad Əşrəfi Atbatan edam edilib

Gunaz.tv

Dekabrın 4-də Əslən Güney Azərbaycanın Bostanabad bölgəsinin Atbatan kəndindən olan Milad Əşrəfi Atbatan İsrailə casusluq ittihamı ilə dar ağacından asılaaq edam edilib.

Onunla yanaşı Hüseyn Orduxanzadə, Şahin İmani Mahmudabad və Mənuçöhr Şəhbəndi adlı şəxslər də edam ediliblər.

İran məhkəmə sistemi adı çəkilən şəxsləri ötən ilin iyun ayında İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin 840-cı bölməsinin zabiti Mənsur Rəsulinin oğurlanması və ondan məcburi kəşfiyyat məlumatlarının alınmasında ittiham edərək barələrində edam hökmü çıxarmışdı.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar