SON XƏBƏRLƏR

Kərəcdə azərbaycanlı gənc Mehran Şikari öldürülüb

2022.11.05, 15:26
Kərəcdə azərbaycanlı gənc Mehran Şikari öldürülüb

Gunaz.tv

Noyabrın 4-də Kərəc şəhərində hökumət məmurları tərəfindən güllələnərək öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində daha bir azərbaycanlı gənc öldürülüb.

Kərəc şəhərinin Qohərdəşt bölgəsində keçirilən aksiya zamanı aslən Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərindən olan Mehran Şikarı hökumət məmurlarının açdığı atəş nəticəsində həyatını itirib.

Hökumət məmurları Mehran Şikarinin Qoşaçay şəhərinin Tağıabad məhəlləsində yaşayan ailəsinə onun yas mərasiminin keçirilməməsi üçün təzyiq göstərirlər.

İran İnsan Haqları Təşkilatının verdiyi son məlumata görə, İranda etraz aksiyaları başlayandan bu günə kimi 47-i uşaq olmaqla 314 nəfər öldürülüb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar