SON XƏBƏRLƏR

Kərəcdə güclü qarşıdurma-Ölənlər var

2022.11.04, 06:10
Kərəcdə güclü qarşıdurma-Ölənlər var

Gunaz.tv

40 mərasimində insanların iştirakına mane olmaq istəyən hökumət qüvvələrinin zorakılığı qarşıdurma ilə nəticələnib.

Kərəc şəhərinin küçələri, "Səkinə" qəbristanlığı ətrafı və Kərəc-Tehran magistralında on minlərlə insanın iştirakı ilə izdihamlı nümayişlər keçirilib.

Hökumət qüvvələrinin zorakılığından hiddətlənən etirazçılar bir neçə yerdə məmurları tərki silah edib, onların avtomobillərini yandırıblar.

Qarşıdurma zamanı bir neçə nəfərin öldüyü, çox sayda insanın yaralandığı qeyd edilib.

Hökumət qüvvələrindən ikisinin hadisə yerində həlak olduğu və onlarla silahlı məmurun yaralandığı üçün rejimin öz yaralılarının daşımaq üçün helikopterlərdən istifadə etdiyi bildirilib.

Bununla yanaşı yayılan videolar və forolardan hökumət məmurlarının aşağı səviyyədə uçan helikopterlərdən etirazçıların üzərinə naməlum maddələr atdığı görünür.

Səhər saatlarından başlayan aksiyalar gecə saatları da davam edib və etirazçılar "ölüm olsun Xameneyiyə", "ölüm olsun diktatora" və "savaşarıq, ölərik, İranı geri alarıq" şüarları səsləndiriblər.

Noyabrın 2-də Kərəclə yanaşı ölkənin başqa şəhərlərində də etiraz aksiyaları davam edib və onlarla nümayişçi saxlanılıb.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar