SON XƏBƏRLƏR

Kərəcdə gənc şairə Hədis Nəcəfi güllələnib-VİDEO

2022.09.25, 09:57
Kərəcdə gənc şairə Hədis Nəcəfi güllələnib-VİDEO

Gunaz.tv

Ürək və sol qolundan altı güllə yarası alan Hədisin yerindəcə keçindiyi bildirilir.

Qeyd edək ki, sentyabrın 24-ü axşam İran televizyası aksiyalar zamanı öldürülən etirazçı sayının 41 nəfər olduğunu desə də, insan haqları təşkilatları bu rəqəmin həqiqəti əks etdirmədiyini və ölü sayının bir neçə dəfə çox olduğunu bildirirlər.

Hədis Nəcəfi gənc şairə, ədəbiyyatçı olub.

Yazdığı şeirləri öz səsi ilə oxuyub, yayıb və gənclər arasında çox sevilən adlardan biri kimi tanınır. 

Dostlarının çəkdiyi fotoda Hədis Nəcəfinin güllələnmədən bir neçə dəqiqə qabaq saçını bağlayaraq aksiyaya hazırlaşdığı əks olunub.
 
Hədis Nəcəfinin yazdığı son şeirin tərcüməsi: 

Çillənin səsini eşidirsən?
Bu gecənin sonunda həyəcan siqnalı kilsə zəngi kimi qulaqlarda çalır...
Getməyi xatırladır.
Özü ilə sevgi aparır...
O, payız gəzintilərinin sevincini unudur.
Pıçıltı ilə dua oxuyur, o gözəl gülüşlər üçün ürəyi çırpınır...
Payızın gəlişindən yaranan o daxili ehtiraslar.
Ancaq əfsus! H.N

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar