SON XƏBƏRLƏR

Hər il 24 trilyon tümən tümənlik mis konsentratı Azərbaycandan kənara daşınır

2022.04.20, 10:59
Hər il 24 trilyon tümən tümənlik mis konsentratı Azərbaycandan kənara daşınır

Gunaz.tv

O, hər il 24 trilyon  tümənlik mis konsentratı Azərbaycandan kənara daşınırümənlik mis konsentratının Şərqi Azərbaycandan kənara daşındığını deyib.

“Şərqi Azərbaycan özünün çox yüksək mineral ehtiyatları və 52 növ faydalı qazıntıları ilə zəngin metal və strateji faydalı qazıntı ehtiyatlarına malikdir. Biz Sənaye, Mədən və Ticarət Nazirliyinin mədən və mineral sənayenin inkişafı üçün mərkəzi planlarına əsasən əvvəlkindən daha çox çalışmalıyıq”-deyə, Pərniyan bildirib.

O, Süngün Mis Mədəninin banklarda olan aktivlərinin əyalətə köçürülməsinin vacibliyini deyib və Azərbaycan Mis Şirkətinin yaranmasını azərbaycanlıların əsas istəklərindən biri olduğunu qeyd edib.

Bundan əvvəl Şərqi Azərbaycan əyalətinin İdarəetmə və Planlaşdırma Təşkilatının rəhbəri Məhəmməd Fərşkaran Güney Azərbaycanın Süngun mis mədəninin talan edilməsinə etiraz edib.

"Şərqi Azərbaycan potensialı və mineral ehtiyatlar baxımından yüksək səviyyədədir və Süngun misinin əyalətdə yarada biləcəyi əlavə dəyər çox yüksəkdir.

Ancaq Süngün mis mədəninin xammalının emal olunmadan yüklənərək başqa əyalətlətə, özəlliklə Kirmana daşınması, nəticədə Azərbaycanın sərvətlərinin əsas əlavə dəyərinin başqa əyalətlərə köçürülməsinin heç bir məntiqli açıqlaması yoxdur”-deyə, Fərşkaran bildirib.

Qeyd edək ki, uzun illərdir xüsusilə əyalətin Süngün mis mədənindən əldə edilən xammalın Kirman əyalətinə daşınması, əldə edilən gəlirin başqa əyalətlərə xərclənməsi əyalət məsulları, millət vəkilləri tərəfindən tənqid olunur.

Buna baxmayaraq mədənlərin yerli şirkətlər tərəfindən istismarı, ona bağlı emal zavodlarının yaradılması ilə bağlı təklif və layihələr qəbul edilmir. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar