SON XƏBƏRLƏR

Krımda hərbi aerodromda partlayışlar olub

2022.08.09, 19:05
Krımda hərbi aerodromda partlayışlar olub

Gunaz.tv

Unian.net-ə istinadən xəbər verilir ki, Novofyodorovka kəndində yerləşən aerodromun uçuş zolağının və silah-sursat anbarının yandığı xəbər verilir.

Ümumilikdə on partlayışın baş verdiyi barədə xəbərlər var. Novofyodorovkada turistlər çimərliklərdən qaçıblar. Yerli hakimiyyət orqanları onları sığınacaqlarda gizlənməyə çağırıb.

Əraziyə çoxlu sayda təcili tibbi yardım maşını və helikopterlərin cəlb olunduğu bildirilib.

Partlayışın baş verdiyi aerodromdan Rusiya aviasiyasının Ukraynanın Zaporojye, Xerson və Nikolayev vilayətlərindəki mövqelərinə zərbələr endirdiyi qeyd olunub. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar