SON XƏBƏRLƏR

Mədəniyyət Nazirliyindən mürtəce qərar: Mərənddə kitab sərgisinə icazə verilmədi

2021.12.08, 11:17
Mədəniyyət Nazirliyindən mürtəce qərar: Mərənddə kitab sərgisinə icazə verilmədi

Gunaz.tv

Bu bədnam qərar açılışa bir gün qalmış çıxarılıb.

Bu barədə “Nəbati” nəşriyyat evinin müdiri Vəhid Fatimi özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, bildirib ki, nazirliyin Şərqi Azərbaycan bölməsi bu qərarı noyabrın 22-də verib. 

“Noyabrın 28-də İslami İrşad və Mədəniyyət İdarəsinin yerli bölməsinə dəvət olunduq və idarə rəisi bizə sərginin keçirilməsinin banerlərdə türk sözünün yazılmaması şərtilə baş tuta biləcəyini dedi.

Bizim məcburiyyət qarşısında bunu qəbul etməyimizə baxmayarq, noyabrın 29-da bizi yenidən idarəyə çağırıb və heç bir əsas göstərmədən kitab sərgisinin icazəsinin ləğv edildiyini bildirdilər”-deyə, V.Fatimi paylaşımında yazıb. 

Sərgidə 800 adda kitabın iştirak edəcəyini qeyd edən nəşriyyat evinin müdiri əlavə edib ki, Mərənddə türkcə kitabların əldə edilməsi çətin olduğu üçün sərginin bu problemin həlli üçün müsbət təsir göstərəcəyinə ümid edirdik. 

Mədəni fəal yazıb ki. bir həftə ərzində bütün əlaqədar qurumlara müraciə etmələrinə baxmayaraq, İslami İrşad və Mədəniyyət İdarəsinin yerli idarəsi, fərmandarlıq vəməhkəmə orqanından heç bir cavab ala bilməyiblər. 

Qeyd edək ki, iki il bundan öncədə “Nəbati” nəşriyyat evi Mərənddə türkcə kitab sərgisinin keçirilməsinə təşəbbüs göstərib, ancaq əlaqədar qurumların buna icazə verməməsi səbəbindən bu baş tutmayıb. 

Bununla yanaşı 2019-cu ildə Tehranda fəaliyyət göstərən “Təkderəxt” nəşriyyat evi türkcə kitablar nəşr etdiyinə görə və bütün nəşrlərinin icazə əsasında olmasına baxmayaraq, məhkəmə məmurları tərəfindən plomlandı və fəaliyyətinə qadağa qoyuldu.  

C.E

content_image_1638949444.webp

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar