SON XƏBƏRLƏR

Mərənddə tarixi əşya qaçaqçıları həbs olunub

2021.12.28, 14:10
Mərənddə tarixi əşya qaçaqçıları həbs olunub

Gunaz.tv

Şərqi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin mühafizə bölməsinin başçısı polkobnik Kazım Dadaşi əyalətin Mərənd şəhərinin “Hərzənd Ətiq” kəndi ərazisində tarixi əşya qaçaqmalçılarının saxlanıldığını barədə məlumat verib.

Onun sözlərinə görə, adı çəkilən kəndin yüksəkliklərində yerləşən təbii mağarada qanunsuz qazıntı aparan 3 nəfər saxlanılıb və onlardan götürülən qazıntı avadanlıqları ilə birgə məhkəmə orqanlarına təhvil veriliblər.

Qeyd edək ki, Mərənd bölgəsi çox sayda tarixi kənd, məkan və kurqanlarla zəngin olduğu üçün yerli və qıraqdan gələn tarixi əsər qaçaqmalçılarının hədəfinə çevrilib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar