Hadisə şahidlərinin bildirdiyinə görə, Ə.Hüseyni saat 16 radələrində mağazadan çıxarkən ağ rəngli ağ rəngli “Səmənd” markalı avtomobildə olan məmurlar tərəfindən qandallanaraq naməlum yerə aparılıb.
2022-ci il mayın 7-də Təbriz zindanından azadlığa buraxılan Əkbər Hüseyni 4 yanvar 2021-ci ildə 2019-cu ildə İranda baş verən noyavr etirazları zamanı övladları öldürülən və həbs olunan anaların etiraz kampaniyasına dəstək verdiyi üçün həbs olunub.
O, Şərqi Azərbaycan əyalətinin Hərbi Məhkəməsinin 1-ci bölməsi tərəfindən “ölkəyə qarşı müxalif qruplara üzv olmaq” ittihamına görə 9 ay, “hökumətə qarşı təbliğat” ittihamına görə isə 4 ay həbs cəzasına məhkum olunub.
Məhkəmə 19 aprel 2021-ci ildə Əkbər Hüseyninin girov qarşılığında şərti azadlığa buraxılması barədə qərar verməsinə baxmayaraq, bu günə kimi o qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır.
Cavidan